Şirin zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri.
Şirin zeytun | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu tərəfındən Bakı şəhəri ətrafmda olan köhnə əkinlər içərisindən seçilmişdir.
Ağacı iridir, piramidalı şarşəkilli çətirə malikdir. Çətiri dağmıqdır.
Meyvələri tam yetişdikdə qara rəngli olur, parlaqdır. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək- tək, ııadir halda iki-iki, üç-üç yerləşir.
Meyvə saplağa kifayət qədər möhkəm birləşməyib, ona görə də tam yetişdikdə meyvələr tökülür, xüsusən külək olduqda daha çox tökülür. Meyvənin qabığı bərkdir. Lət meyvənin 87 - 89 %-ni təşkil edir. Tam yetişmiş meyvələrdə qum çəkiyə görə yağlılıq 67 -72,4 % təşkil edir.
Meyvələri ortadır. Meyvənin uzunluğu 2,6 -2,8 sm, diametri 1.6 -1,8 sm, çəkisi 5 -6,5 q-dır.
Çəyirdəyi iridir. Çəkisi 0,73 -0,85 q-dır.
May ayının axırı - iyunun əvvəlində çiçəkləyir.
Xüsusiyyəti: universal sortdur, orta-tez yetişəndir, şaxtaya az davamlıdır, orta məhsuldarlıq 32 kq-a qədər, maksimum - 40-42 kq və artıqdır. Meyvələrinin tərkibində acı qlükozidin az olmasına görə bu sort şirin sortlar kateqoriyasına aiddir.