Şirniyyat müharibəsi

Şirniyyat müharibəsi (isp. Guerra de los pasteles; fr. Guerre des Pâtisseries) - tarix ədəbiyyatlarında Fransanın Meksikaya ilk müdaxiləsi kimi də qeyd olunan 1838-ci ilin 27 noyabr tarixindən 1839-cu ilin 9 mart tarixinə qədər FransaMeksika arasında baş vermiş müharibə. Şirniyyat müharibəsi 1838-ci ilin noyabr ayında Meksikaya məxsus dəniz limanlarının Fransa donanması tərəfindən mühasirəyə alınması və San Xuan de Ulua qalasının zəbt edilməsi ilə başlamışdır. Böyük Britaniyanın tərəflər arasında apardığı danışıqlar nəticəsində 1839-cu ilin mart ayında sülh razılığı əldə olundu.

Şirniyyat müharibəsi
Tarix 27 noyabr, 18389 mart, 1839
Yeri Meksika
Nəticəsi

Fransanın qələbəsi

  • Meksika höküməti dəymiş zərərin əvəzində 600 min peso ödəməyə razı oldu.[1][2]
Münaqişə tərəfləri

Fransa Fransa
ABŞ ABŞ

Meksika Meksika

Komandan(lar)

I Luis
Karl Baudin

Santa Anna
Mariano Arista

Tərəflərin qüvvəsi

3,000

3,239

İtkilər

32 ölü
60 yaralı

95 ölü
129 yaralı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Meksika Respublikasının ilk illərində ölkə daxilindəki xaos güclənməkdə idi. Qarışıqlıqlardan əziyyət çəkənlər daha çox varlı mülk və torpaq sahibləri olmuşdur. Belə ki, onlara məxsus mülklərin yağmalanması ölkə boyu geniş fürsət almışdı. Məhkəmə və idarəetmə sistemi tam formalaşmadığından vətəndaşlar onlara dəyən zərərlə bağlı müraciət edəcək orqan tapa bilmirdilər. Dəymiş zərərin ödənilməsi ilə bağlı mexanizmin olmaması nəticəsində, əhalinin hökumətə qarşı olan etirazı genişlənməyə və zamanla bütün ölkəni əhatə etməyə başlamışdı.

Fransa ordusunun Verakruz limanına hücumunu təsvir edən tablo.

FransaMeksika arasında olan münasibətlər ölkənin 1830-cu illərdə Meksikanın müstəqilliyini tanımasından əvvəl mövcud olmuşdur. Diplomatik münasibətlərin yaradılmasından sonra Fransa sürətli bir şəkildə Meksika ilə olan ticarət münasibətlərini genişləndirdi və nəticədə ölkə Meksikanın ən böyük üçüncü ticari tərəfdaşı oldu. Meksikanın daha çox ticari dövriyyəyə sahib olduğu Böyük Britaniya ilə daha yaxşı münasibətləri vardı. Böyük Britaniya Meksikanın ən böyük ticari tərəfdaşı idi və siyasi proseslər nəticəsində Fransadan gətirilən mallara yüksək vergilər təyin olunmağa başlandı.

Fransadan olan şirniyyat aşbazı Mansor Remontel Fransa kralı I Luisə şikayət məktubu göndərərək Takobaya şəhərində yerləşən dükkanın Meksika ordusunun zabitləri tərəfindən yağmalandığını bildirdi. Remontel ona dəymiş ziyanın ödənməsi üçün 60 min peso tələb edirdi.[3]

Fransa donanmasının Verakruz limanına yaxınlaşmasının təsvir olunduğu tablo.

1838-ci ilin əvvəllərində Remontelin başına gəlmiş hadisə Meksikada fəaliyyət göstərən digər fransız kökənli tacirlərində başına gəlməkdə idi və Meksika hökuməti baş verən hadisələrin əvəzində bir Fransa vətəndaşını quldurluq fəaliyyətində itthiam edərək mühakimə etdi. Dönəmin Fransa baş naziri Luis Martel Mol Meksikada baş verən hadisələrə görə Meksika hökumətindən dəymiş bütün ziyanlara görə 600 min peso ödəməli olduğunu bəyan etdi.[4] XIX əsrin ortalarında Meksikada bir şəxsin günlük gəliri bir peso civarında idi və həmin dövr üçün Fransa tərəfindən tələb olunan məbləğ həddindən artıq yüksək hesab olunrdu.

Meksikanın IV prezidenti Anastasio Bustamante Fransanın tələb etdiyi məbləği ödəmədəyindən Fransa kralının göstərişi ilə Admiral Karl Baudin rəhbərliyindəki donanma Meksika limanlarındakı əsas giriş və çıxışları mühasirəyə aldı. Atlantik sahillərindən başlanan blokata Yukantandan Rio-Qrande sahillərinə qədər uzadıldı. Fransa ordusunun Meksikanın mühüm liman şəhərlərindən olan Verakruzu bombalaması və limanı işğal etməsi nəticəsində 1838-ci ilin dekabr ayında Meksika rəsmən Fransaya müharibə elan etdi.

border=none Əsas məqalə: Verakruz müharibəsi

Fransa ilə olan ticari münasibətlərin pozulması nəticəsində Meksikada Texas ilə sərhəd ərazilərində baş verən qaçaqmalçılıq halları çoxaldı. Fransa tərəfindən əsas limanların mühasirəyə alınmasından sonra Texasda gərginləşən vəziyyəti yüngülləşdirmək üçün Texas Respublikasına məxsus atlı polislər ərazidə patrul nəzarəti təşkil etməyə başladılar. Patrullar bir dəfə qaçaqmal aparan dəstəyə məxsus 100 çəllək həcmində malı müsadirə etmişdilər. Digər bir tərəfdən Meksika ilə münasibətlərinə önəm verən Amerika Birləşmiş Ştatları Fransa tərəfindən aparılan müharibənin tezliklə sonlandırılmasına çalışır və məqsədlə diplomatik danışıqlar aparmaqda idi.[5] Meksika ordusuna ölkənin prezidenti olmuş Antonio Lopez de Santa Anna rəhbərlik etməkdə idi. Fransızlarla baş tutan bir döyüşdə şəxsən iştirak edən Santa Anna bir ayağını itirərək ağır yaralanır. Qəbul etdiyi uzun müalicədən sonra sağlamlığını bərpa edən Santa Anna yenidən hakimiyyətə gəlməyi bacarmışdır.

Sülh müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Böyük BritaniyaAmerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Fransa ilə Meksika arasında sülh müqaviləsinin imzalanması razılaşırdıldı. Müqavilə 1839-cu ilin 9 mart tarixində imzalanmışdır və müqaviləyə əsasən Meksika Fransanın müharibədən əvvəl tələb etdiyi 600 min peso həcmində məbləği Fransa hökumətinə ödəməyə razılıq verirdi. Fransada öz növbəsində Meksika ilə müharibədən əvvəlki ticari dövriyyəni bərpa edəcəyinə və gələcəkdəki münasibətlərin sağlamlaşdıracağın söz verirdi. Meksika ödəməli olduğu məbləği ödəmədəyindən tərəflər arasındakı münasibətlər yenidən pisləşməyə başladı gələcəkdə baş verəcək müdaxilənin əsas səbəblərindən biri oldu.[1][2]

  1. 1 2 "Los Pasteles Más Caros de la Historia", Instituto Nacional de Estudios Históricos de las Revoluciones de México Arxivləşdirilib 2013-10-18 at the Wayback Machine
  2. 1 2 "The Mexican Campaign, 1862-1867". FONDATION NAPOLÉON. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
  3. Klein, Christopher. "The Pastry War, 175 Years Ago". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
  4. "Acuerdo entre México y Francia pone fin a la Guerra de los Pasteles". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
  5. Nofi, Albert A. The Alamo and the Texas War for Independence. Da Capo Press. 1994. ISBN 0-306-80563-4.