Şirvan qurdotu

Şirvan qurdotu (Elmi adı Linaria schirvanica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(i, ii, iii) + 2ab(ii, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxilik və ya birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdədir. Yarpaqlar oturaq, darxətvari, itidir, 2-7 sm uzunluqda, 1-4 mm enindədir. Çiçək qrupu azçiçəkli, sünbüllü salxımdır. Kasacığın hissəcikləri 3-4 mm uzunluğunda, uzunsov –yumurtavari və ya uzunsov dairəvi – küt, vəzicikli-tükcüklüdür. Tac iri, 15-25 mm uzunluğunda (mahmızı yoxdur), parlaq bənövşəyi rənglidir, mahmızı nazik, hamar, enli haşiyəli, 3 mm uzunluğundadır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel-iyun, meyvə əmələgətirməsi may –iyul alarına təsadüf edir. Kserofit bitkidir. Arandan aşağı dağ qurşağına kimi quru, gilli, otlu yamaclarda, nadir hallarda əkinlərdə rast gəlinir. Dekorativ bitkidir.[3]

Böyük Qafqazın Quba sahəsi və şərq hissəsi, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylasıdır. [3]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiya azalır. Antropogen təsirlər kəskin azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Otarılma, tapdalanma, biçin və infrastrukturun inkişafıdır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma ərazilərində antropogen təsirləri azaltmaqdır.

  1. http://redbook.az/?options=project&id=%C5%9Eirvan%20qurdotu[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 1. Флора Азербайджан, 1957.