Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şirzad Abasəli ağa oğlu Berqman Hüseynov (14. 05. 1906, Bakı – 10.05.1971, Bakı) — opera müğənnisi, Azərbaycanın əməkdar artisti (1943). Üzeyir Hacıbəyovun operalarında Zeyd, İbn Səlam ("Leyli və Məcnun"), Koroğlu, Eyvaz ("Koroğlu"), Kərəm ("Əsli və Kərəm") və s. yaddaqalan obrazlar yaratmışdır. 1941–1945-ci illərdə cəbhə bölgələrində, Uzaq Şərq və İranda Hacıbəyovun əsərlərindən ibarət repertuarla konsertlər vermişdir.
Şirzad Hüseynov | |
---|---|
Şirzad Abasəli ağa oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | Müğənni, Aktyor |
Mükafatları | "Əməkdar artist" (1943) |
Şirzad Berqman 1906-cı ildə Bakı şəhərində, Abasəli ağa Berqmanın ailəsində anadan olmuşdur. Abasəli Berqman öz ailəsi ilə birlikdə Bakı dağlı məhəlləsinə Xızı-Bermek dağlı mahalından köç etmişdir. Onun ailəsində ilk oğulun dünyaya gəlməsi həm onu, həm də bütün Berqman nəslinin böyük sevincinə səbəb olmuşdur. Berqmanlar artıq 50 ildən çox idi ki, çar Rusiyasına hərbçilər kimi xidmət edirdilər, lakin Şirzad Berqman hamının ondan gözlədiyi yolu yox, məhz öz istədiyi arzusunun davamçısı olmuşdur. Şirzad Berqman hələ gənc yaşlarında dini mərasimlərdə, daha sonra isə teatr tamaşalarında iştirak edərək, gözəl və gur səsi ilə diqqəti cəlb edirdi, lakin 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının Sovetlər tərəfindən işğalından sonra azərbaycanlı hərbçilərə qarşı şiddətli repressiyalar başlayır. Berqman nəslindən olan "Vəhşi Diviziyanın" zabitləri, Qafqaz İslam ordusunun döyüşçüləri Fövqəladə Komitənin əmri ilə həbs olunur, güllələnir, ailəsi isə sürgün edilirdi. 1920-ci ildə "Vəhşi Diviziyanın" zabitləri Salman ağa Berqman, Vahid ağa Berqman və digərləri Xızı-Bermek mahalında gedən uzunmüddətli qarşıdurmalardan sonra mühasirəyə alınır və sovet qoşunları tərəfindən həbs edilərək güllələnir. Məhz bu səbəbdən Abasəli ağa Berqman soyadını öz atası Hüseynqulu ağa Berqmanın şərəfinə "Hüseynov"a dəyişdirir və ailəsini sürgündən xilas edə bilir.
Şirzad Hüseynov onun səsinə valeh olan Üzeyir Hacıbəyov tərəfindən ADOBT-na dəvət olunur. Burada o, əvvəl xorda oxuyur, tədriclə Şirzadın səsinin fərqliliyini, ahəngini, tembrini görüb ona muğam operalarında müxtəlif rolları həvalə edirlər. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" Zeyd, İbn Salam, Məcnun rollarını, "Əsli və Kərəm" operasında Kərəm və Sofi obrazlarını bacarıqla yaradır.
1937-ildə "Koroğlu" operasının premyerasının, baxış tamaşasının afişalarında Koroğlu rolunun ifaçısı kimi Bülbüllə yanaşı, Şirzad Hüseynovun da adı yazılır. Sonralar müntəzəm olaraq opera səhnəsində Ş. Hüseynov Məcnun, Kərəm, Aşıq Qərib və Koroğlu obrazlarını özünəməxsus tərzdə oynamışdır. Bu, Ş. Hüseynovun yaradıcılığındakı özünəməxsus bir məqamdır, Azərb. opera ifaçılığı tarixində heç bir opera müğənnisi Ş. Hüseynov kimi həm Məcnun, həm də Koroğlu (Rövşən) rollarını oynamayıb.
Məcnun rolu sırf xanəndələr üçün, Koroğlu isə vokalist müğənnilər üçün nəzərdə tutularaq, ifaçılıq baxımından bir-birindən kəskin fərqlənir. Şirzad Hüseynovun Məcnundan Koroğluya kimi, muğam ifaçılığından vokal ifaçılığına kimi böyük bir yaradıcılıq yolu keçməsi, bu rolları yüksək səviyyədə ifa etməsi onun necə qüdrətli, fenomen sənətkar oluğundan xəbər verir. Sənətinin kamil və püxtələşdiyi bir dövründə, 44 yaşı olarkən, (1950 ildə) Ş. Hüseynov opera teatrından uzaqlaşmış, bir müddət Bakının Maştağa və Yeni Suraxanı kəndlərinin Mədəniyyət Evlərində, İ. Əbilov adına Klubda bədii rəhbər vəzifəsində çalışmış, bu mədəniyyət ocaqlarında yerli həvəskar aktyorların iştirakı ilə bir sıra muğam operalarını tamaşaya qoymuşdur. opera səhnəsində "Əsli və Kərəm"də Kərəm və Sofi, M. Maqomayevin "Şah İsmayıl" operasında Şah İsmayıl və digər obrazları yaradır. Hüseynovu digər opera müğənnilərindən fərqləndirən bir cəhət də odur ki, o, vokal üslublu obrazları da yarada bilib. Onun ifa etdiyi Koroğlu obrazı buna nümunə ola bilər. Əlbəttə, Məcnunla Koroğlu obrazları arasında məzmun və ifaçılıq baxımından nə qədər fərqin olması aydındır, amma Şirzad Hüseynov bu rolların hər birini özünəməxsus tərzdə yaratmışdı. Hətta o, klassik rus və Qərb operalarında da əsas rolları ifa edib.
Hüseynov 1950-ci ildə Opera və Balet Teatrından uzaqlaşmasına baxmayaraq, müxtəlif mədəniyyət ocaqlarında çalışaraq ömrünün sonuna qədər mədəniyyətimizin inkişafına xidmət edib.
1906-cı ilin 14 mayında dünyaya gələn sənətkar elə may ayında — 10 may 1971-ci il tarixdə vəfat etmişdir.
Şirzad Hüseynovun yeddi övladı var idi. Böyük oğlu Turxan Hüseynov ilk əvvəl öz fəaliyyətini teatrda başlamasına baxmayaraq, sonradan Sverdlovskda yerləşən xüsusi təyinatlı DTK məktəbinə daxil olaraq oranı bitirmiş, 1967–1973-cü illərdə Bayıl həbsxanasının baş direktor müavini işləmişdir. 1973-cü ildən isə "ОБХСС"-də prokuror vəzifəsində çalışmağa başlamışdır. 1997-ci ildə isə Turxan Hüseynov dünyasını dəyişir.
İkinci oğlu Tarzən Fərman Hüseynov atasının mədəni irsinin davamçısı olmuşdur. Üçüncü övladı Elmira Hüseynova. Dördüncü övladı Seyran Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında kiçik yaşlarından həyatının sonuna qədər işləmişdir.