Şmalhauzen xıncalausu

Hündürlüyü 5-10 sm olan, gövdəsi zəif bitkidir.Soğanağı xırdadır, yumurtaşəkillidir, boz və ya tünd-qonur rəngli qabığı vardır.[1]

Yarpaqları ensiz neştərvaridir, çiçək qrupundan uzundur, çox vaxt oraqşəkili əyilmiş formada olur, tünd-yaşıl rəngdədir.

Çiçək qrupu çoxçiçəkli deyil, bəzən tək çiçəkli olur; çiçək altlıqları enli neştərvaridir,sivriləşmişdir, çiçək saplağı ilə eyni və ya ondan qısa olur. Çiçəkləri qismən iri olur: çiçəkyanlığının yarpaqcıqları uzunsov-neştərvari və yaxud xətvari-uzunsovdur, kütdür, uzunluğu 10-18 mm,eni 4 mm-dir, arxa tərəfində kifayət qədər enli,yaşıl zolağı vardır.

Qutucuq demək olar ki, şarşəkillidir.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

May-İyul

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və yüksək dağ zolağında.

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016