Şokoladlı tort

Şokoladlı tort — şirniyyat növü.

Tərkibi[redaktə | mənbəni redaktə et]

  • 400 qr tünd şokolad
  • 3 xörək qaşığı su (lazım gələrsə çox da götürmək olar)
  • 12 yumurta (sarısı ağından ayrılmalıdır)
  • 2 stəkan (1 stəkan = 237 qr) xırdalanmış şəkər tozu
  • 2 çay qaşığı qurudulmuş apelsin qabığı
  • 340 qr + 4 xörək qaşığı yumşaldılmış kərə yağı
  • 1 stəkan (237 qr) ələnmiş un
  • şəkər pudrası

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Sobanı 160˚С – yə qədər qızdırın. Diametri 25 sm olan qabın içərisini və divarlarını yağlayın. Tavaya şəkər tozu tökün. Yumurtaların sarısını içərisinə vurub, durmadan çalın. Ağ rəng alınana qədər bu prosesi davam etdirin. Daha sonra ayrıca bir qabda şokoladı yaxşıca əzin və 3 xörək qaşığı su əlavə edin. Əgər şokolad çox qurudursa bir az da su əlavə edə bilərsiniz. Müəyyən qədər yumşalmasına şərait yaradın. Bütün bunlardan sonra əldə olunmuş isti şokoladı əvvəlcədən qarışdırdığınız yumurtanın sarısı ilə şəkər tozunun üzərinə əlavə edin. Həmçinin yumşaldılmış yağı və tort üçün nəzərdə tutduğunuz apelsin qabığının qurusunu da bura əlavə edin. Ələnmiş un qatıldıqdan sonra qaşıqla yavaşca onları bir – biri ilə qarışdırmağa başlayın. Yumurta ağlarını isə bir qaşıq şokoladla birlikdə yavaşca qarışdırın. Daha sonra onu bayaqkı qarışıma əlavə edin və yenə də qarışdırın.

Bu qarışımı öncədən yağladığınız formaya tökün. Demək olar ki, bu qarışım həmin qabın ağzından bir az aşağı olmalıdır. 1 saat 20 dəqiqə müddətində sobada saxlayın. Bişdiyini öyrənmək üçün ağacdan olan çöplə yoxlaya bilərsiniz. Əgər, çöpün arxa hissəsi quru çıxacaqsa deməli sizin tortunuz hazırdır. 15 dəqiqə soyumağa qoyun, daha sonra formadan çıxardın. Tamamilə soyumasına imkan verin. Tortu soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl şəkərli pudra ilə bəzəyə bilərsiniz. 20 nəfərlik pors üçün nəzərdə tutulmuşdur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]