Şondonq mağarası (vyet. hang Sơn Đoòng) — Vyetnamda yerləşən və dünyanın ən böyük mağarası.
Şondonq mağarası | |
---|---|
vyet. hang Sơn Đoòng | |
| |
Ümumi məlumatlar | |
Dərinliyi | 200 m |
Amplitudası | 150 m |
Uzunluğu | 9000 m |
Kəşf tarixi | 2009 |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Giriş sayı | 1 |
İşıqlandırma | Günəş şüaları |
Yerləşməsi | |
17°26′58″ şm. e. 106°17′33″ ş. u. | |
Ölkə | Vyetnam |
Vilayət |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara Vyetnamın mərkəzində, Hanoy şəhərindən 500 km cənubda, Donqxoya əyalətinin 40 km-də yerləşir. Mağara Foqniya-Kebanq milli parkının ərazisində yerləşir. Yerli əhaliyə 1991-ci ildən məlum olmasına baxmayaraq mağaranın rəsmi kəşf tarixi 2009-cu ildir. 2009-cu ilin yazında bir qrup ingilis speleoloqları mağaranın ancaq 4 km-lik hissəsini öyrənə bilmişlər[1].
Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 240 metr, eninin isə 90 metrə çatdığı müəyyən olunub. Buraya 40 mərtəbəli bina asanlıqla yerləşə bilər. Mağaranın ümumi ölçüsü təxminən 38,5 mln. m³-dir[2].
Girişi çox böyük olmadığından (hündürlüyü 10 m, eni 30 m) burda güclü hava axını müşahidə olunur. Mağarada axan çayında güclü səsi girişdə eşidildiyindən yerli əhalinin mağaraya qorxudan daxil ola bilməməsinə səbəb olmuşdur.[3] İlin yağıntılı dövründə isə mağara büsbütün su ilə dolur.
Mağara yetərincə qədimdir. Bunu mağarada formalaşan 70 metrlik stalaqmitlər sübut edir. Belə stalaqmitlərin çox olduğu ərazı "Stalaqmit bağı" adlanır. Mağarada yetərincə bitki örtüyü formalaşıb. Bu səbəbdən də mağaraya həşarat və ilanlardan əlavə quşlar və meymunlarda enir.
2013-cü ildən başlayaraq adam başına 3000 $ olmaqla bir qrup turist tərəfindən tədqiq olunmuşdur.[4]