Şorsu yaşayış yeri

Şorsu yaşayış yeriNaxçıvançayın sol sahilində, Sirab kəndinin cənub-qərbindəki təpə üzərində qeydə alınmışdır. Mədəni təbəqənin qalınlığı 15-20 sm-dir.[1] 2014-cü ildə V.Baxşəliyevin rəhbərliyi ilə 10x10 metrlik sahədə arxeoloji qazıntı aparılarkən düzbucaqlı tikili qalıqları, saxsı nümunələri və az miqdarda obsidian və çaxmaqdaşından hazırlanmış alətlər aşkar edilmişdir.[2] Əsasən saman qarışıqlı gildən hazırlanan keramika məmulatı qırmızı, bəzən də qəhvəyi rəngdə bişirilmişdir. Onlar silindirik və qıfşəkilli boğaza malik olan küpələr, konusvari və silindirik-konusvari kasalarla təmsil olunur. Qabların bəzisinin ağzının altı cərgəli şəkildə dairələrlə deşilmişdir.

  1. Baxşəliyev V. Kültəpə ətrafındakı eneolit abidələrinin arxeoloji tədqiqi. AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, 2017, №3, s. 117-125.
  2. Baxşəliyev V., Marro C., Berthon R., Quliyeva Z., Sarıaltun S. Kültəpədə arxeoloji qazıntılar (2013-2016). Bakı: Nurlan, 2017 164 s.