Şpinel

Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik,  rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ. Şüşə parıltılı. Bəzən asterizm müşahidə edilir. Qırmızı şpinel ultrabənövşəyi şüada parlaq-qırmızı işıqla lüminessensiya edir. Sərtliyi 7,5-8. Xüsusi çəkisi 3,6-4,1. Aksessor mineral kimi əsasi, nadir hallarda turş süxurlarda, çox vaxt maqneziumlu skarnlarda, kalsifirlərdə və başqa kontakt-metaso­matik süxurlarda rast gəlinir. Həmçinin buynuzdaşı və qneyslərdə, kristallik şist və amfibolitlərdə, habelə səpintilərdə. Tuflarda, meteoritdə də tapılmışdır. Qəşəng qırmızı kristalları (nəcib şpinel) qiymətli daşdır. Rənginə görə növ müxtəlifliyi: rubin şpineli, rubisell, rubin-bale və b. Tərkibinə görə növ müxtəlifliyi: pleonast, seylonit, xlor-şpinel, qanoşpinel, xrom-seylonit və b.

Şpinel
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MgAl₂O₄[1]
Strunz təsnifatı IV/B.01a[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]