Şuşa Şəhidlər Xiyabanı — Şuşa şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq.[1]
Qəbiristanlıq | |
Şuşa Şəhidlər Xiyabanı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Şuşa |
Əsası qoyulub | 1991 |
Vikianbarda əlaqəli mediafayllar |
Mir Faseh qəbiristanlığı ilə Vaqif türbəsinin yaxınlığında yerləşir. Xiyabanda 1991-1992-ci illərdə Şuşanın erməni terrorçularının hücumlarından müdafiə olunması zamanı şəhid olmuş şuşalı gənclər, 26 dekabr 1991-ci ildə Daşaltı yolu üstündə qətlə yetirilmiş Abbasovlar ailəsi, 26 yanvar 1992-ci ildə baş vermiş Daşaltı əməliyyatı zamanı şəhid olmuş şuşalı gənclər, 28.01.1992-ci il tarixdə Şuşa üzərində partladılmış vertolyotda qətlə yetirilmiş mülki azərbaycanlılar və başqaları dəfn edilib.
Şuşa şəhəri işğal ediləndən sonra xiyaban erməni terrorçuları tərəfindən dağıdılmış, qəbirlə uçurulmuş, cəsədləri qalıqları qəbirlərdən çıxarılmışdır.