Şuşa şəhəri (1750-1850) - Ənvər Çingizoğlunun bu kitabı Şuşa şəhərinin 100 illik tarixinə və demoqrafiyasına həsr olunub.
Şuşa şəhəri (1750-1850) | |
---|---|
Müəlliflər | Ənvər Çingizoğlu |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2009 |
Nəşriyyat | Şuşa |
Səhifə | 248 |
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu kitabı Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərinin və Şuşa camaatının yüzillik (1750-1850) yaşam yolundan bəhs edir.
XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, onun paytaxtı Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, mədəni həyatı sənədlərlə, şahidlərin bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb.
Kitabda arxiv materiallarından geniş istifadə edilməklə Şuşa camaatının demoqrafik mənzərəsi yaradılıb.