Şuşa İli — Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsindən sonra sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılması, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilməsi məqsədilə tədbirlərin təşkil edilməsi məqsədilə verilmiş sərəncam.[1].
Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq, erməni yalanı və revanşistləri bir daha ifşa ediləcək. Keçiriləcək toplantılar, forumlar, konfranslar dünya ictimaiyyətinə bir daha çatdıracaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan məskəndir. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir[2].