Təxminən eramızdan əvvəl 6000–4000-cü illərdə Zaqafqaziyada Şulaveri-Şomutəpə mədəniyyəti inkişaf etmişdir.[1] Bu mədəniyyət adını Gürcüstanda yerləşən Şulaveridən və Azərbaycan yerləşən Şomutəpədən alır. Şulaveri-Şomutəpə mədəniyyətinin mənsubları yerli obsidianı alətlər düzəltmək üçün istifadə edir, üzüm kimi mədəni bitkiləri yetişdirir, maldarlıqla məşğul olurdu.[2] Bir çox xarakteri mədəniyyətin Yaxın Şərqin neolit mədəniyyətlərindən törədiyini göstərir.[3]