Şunten (舜天?) – adı məlum olan ilk Ryukyu hökmdarı. 1187-ci ildə Tenson sülaləsini devirərək hökmdar olmuşdur.
Şunten | |
---|---|
Ryukyu kralı | |
1187 – 1237 | |
Sonrakı | Şunbacunki |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Okinava |
Vəfat tarixi | |
Vəfat yeri | Urasoe |
Fəaliyyəti | monarx |
Uşağı | Şunbacunki |
Elmi fəaliyyəti | |
Tanınır | adı məlum olan ilk Ryukyu hökmdarı. |
1166-cı ildə anadan olmuşdur. Versiyaların birinə görə məşhur samuray Miyamoto no Tametomo Okinavada olarkən Osato hakimi tərəfindən qarşılanmış və onun qızı ilə evlənmiş, Şunten anadan olmuşdur. Tametomo həyat yoldaşı və Şunten ilə Yaponiyaya qayıtmaq istəmiş, lakin Saqami körfəzindəki Oşima adasına gedərkən İzu hakiminin donanması ona mane olmuşdur. Tametomo seppuku etdikdən sonra həyat yoldaşı və Şunten Şuri təpəsi yaxınlığında yerləşən Urasoe kəndində yerləşmişdirlər.
Şunten artıq 15 yaşında ikən Urasoe hakimi seçilmişdir. Həmin dövrdə Okinavada yerli başçılar uzun müddət hakimiyyətdə olan Tenson sülaləsinə qarşı mübarizəyə qalxmışdılar. Sonuncu Tenson hökmdarı Riyu adlı xidmətçisi tərəfindən sui-qəsdə uğrasa da, Şuntenin başçılığı altında Riyu da devrilmişdir. Həmin dövrdə 21 yaşında olan Şunten yerli başçılar tərəfindən hökmdar seçilmiş və təxminən 51 il hakimiyyətdə qalmışdır. Onun hakimiyyəti dövründə Okinava siyasi, iqtisadi və sosial cəhətdən güclənmişdir. 1237-ci ildəki ölümündən sonra oğlu Şunbacunki hakimiyyətə gəlmiş və 11 il hakimiyyətdə qalmışdır.