19 may 1912-ci ildə Salarüddövlə və ya tam adı ilə Əbülfət mirzə Qovanlı-Qacar və Yeprem xan arasında baş vermiş döyüş.
Şurçeh döyüşü | |||
---|---|---|---|
İranda etnik və siyasi münaqişə | |||
| |||
Tarix | 19 May 1912 | ||
Yeri | Şurçeh, Kirmanşah | ||
Səbəbi | Yeprem xanın Əbülfət və yoldaşlarının üsyanını yatırma istəyi | ||
Nəticəsi |
Əbülfət Salarüddövlənin strateji zəfəri • Yeprem xanın tam qələbə qazanarkən öldürülməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Yeprem xan zamanında Səttarxanı ağır yaralamış erməni idi, Qacarlara qarşı harada üsyan çıxsa onu yatırmaqla məşğul idi. Əbülfət Salarüddövlə isə keçmiş şahın qardaşı idi və 1911-ci ildə Kirmanşahda hakimiyyətə üsyan etmişdi. O, Sənəndəc şəhərini tutdu. Xəbəri alan mərkəzi hakimiyyət, bəxtiyariləri onu məğlub etməsi üçün bir ərazidə yerləşdirdi.1911-ci ilin sentyabr ayında hadisədən xəbər tutan Yeprem xan əraziyə gəldi. Yepremin polisləri, ermənilər və bəxtiyarilər Əbülfəti məğlub etdi. Beləliklə, ilk yürüş Yepremin qələbəsi ilə başa çatdı.
1912-ci ildə Şahrud ve Damğandakı köhnə Şahın qüvvələrinə və Kirmanşah sahəsindəki Əbülfət mirzə Qovanlı-Qacar qüvvələrinə qarşı ikinci bir yürüş hazırlandı. Yeprem xan tərəfindən köhnə şaha qarşı üç qrup döyüşçü göndərildi və Şah İranı tərk etməyə məcbur edildi. Lakin 19 may 1912-ci ildə, Əbülfətin qüvvələrinə qarşı qələbə qazanmışkən, Yeprem, dostunun cəsədini almaya çalışarkən öldürüldü.
Əbülfət Salarüddövlə döyüşdən sonra üsyanına davam etdi və 1913-cü ildə üsyanı yatırıldı. Yeprem xanın ölümündən sonra dostu Arşak Qavafyan qısa müddətdə onun bütün qatillərini öldürdü. Daha sonra Rusiya imperiyasında Osmanlı qoşunlarına qarşı döyüşlərdə və Rəvandüz mühasirəsində iştirak etdi. O,1916-cı ildə mühasirəyi yarıb Mosula gedmək istəyib, lakin 15 mayda Rəvandüzdəki mühasirədə öldürülüb. Ölümündən sonra cənazəsi Tiflisə aparılaraq erməni Hocivank qəbiristanlığında dəfn edilib. Əbülfət Salarüddövlə 1913-cü ilin 8 iyununda Nəhavənd şəhərinin yaxınlığında qardaşların arasındakı döyüşdə yenildi. 18 iyunda Kirmanşah şəhərində İngilis konsulluğuna sığındı. İyulun 15-də o tutuldu,Tehrana göndərildi və həbs olundu. Əbülfət mirzə 1961-ci ildə vəfat etdi.
Ēlmar, pp. 522–35; Kasrawī, Aḏarbāyjān, p. 518; Malekzāda, 3rd. ed., pp. 1480, 1518–21; Tēr Daniēlean, April 1925, pp. 89–93