Železničná spoločnosť Slovensko — Slovakiyada sərnişin daşıma ilə məşğul olan dəmiryol operatoru. Şirkətin qərargahı Bratislavada yerləşir.
Železničná spoločnosť Slovensko | |
---|---|
Ölkə: | |
Tipi: | Qapalı Səhmdar Cəmiyyəti |
Qərargahı: | Belqrad |
Təsis etmə tarixi: | 1881 |
Veb-saytı: | [http:/www.zssk.sk zssk.sk] |
1993-cü ilin 1 mayında Slovakiyada Slovakiya Dəmir Yolları təsis edilmişdir. Ona qədər "Çexslovakiya Dəmir Yolları" dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi.
2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: "Železničná spoločnosť Slovensko, a. s." (ZSSK) sərnişin daşıma sahəsində,[1]"Železničná spoločnosť Cargo Slovakia, a. s." (ZSSK Cargo / ZSCS)[2][3] isə yük daşıma sahəsində təmərküzləşmişdir.
2011-ci ildə "Železničná spoločnosť Slovensko" şirkəri ölkədə dəmiryolu ilə sərnişin daşımada özünün inhisarçı mövqeyini itirir. RegioJet şirkəti Bratislava — Dunaysk-Streda — Komaro marşrutu üzrə nəql üçün müqavilə əldə etmişdir.
Şirkətin lokomotiv deposu Jilina və Koşise şəhərlərində yerləşir. Lokomativ deposuna 37 ədəd 380 və 499.3 seriyalı Elektrik vaqonları daxildir[4]. Yüksək kateqoriyalı standartlara cavab verən vaqonlar kondisioner, 230V elektrik yuvaları, həmçinin Wi-Fi ilə təchiz olunmuşdur. Vakum sanitar qovşağına sahibdir. .
1 fevral 2012-ci il tarixində biletləri daxili nəqliyyatda bütün qatarlara internet bağlantısı olan cib telefonu vasitəsilə təqdim etdildi. Biletləri qatarların yola düşməsindən 15 dəqiqə öncəyə qədər almaq mükündür. 2009-cu ilə nisbətən şirkət 2010-cu ilə stasionar bilet satışında 66,96 %, onlayn satışda isə 62,21 % artmış əldə etmişdir. 2017-ci il göstəriciləriə görə şirkətin pul dövriyyəsi 380 019 000 €, xalis gəliri isə 4 045 000 € təşkil etmişdir. Elə həmin ilin məlumatına görə şirkətdə 5952 nəfər işləyir.