Əşrəf Baznani — Mərakeşli rəssam, rejissor və fotoqraf.[1][2] O, 1979-cu ildə Mərakeş şəhərində anadan olmuşdur.[3]
Əşrəf Baznani şəkil çəkməyə təsadüfən başladı.[4] Yeniyetmə yaşlarında onun ad gününə EKTRA compact 250 kamerası hədiyyə edildi və bundan sonra o, fotoqraf sənəti ilə daha da çox maraqlanmağa başladı. Baznani fotoqraf sənətinə heç harda dərs almadan[5] özü yiyələnmişdir. Baznani həmdə bir neçə qısa və sənədli filmlər çəkmişdir — 2006-cı ildə "On" ("Üstündə"), 2007-ci ildə isə "Unudulmuş" və bir neçə milli və beynəlxalq mükafatlar almış "Mühacir" filmlərini.[6][7]
Baznani sürrealist obrazları əsasında tərtib edilmiş foto kitab buraxan Ərəb dünyasının ilk rəssamlarından biridir. Sürrealizm və poetik avtoportretlər əks etdirən "Mənim obyektivimdən" və "Inside My Dreams" adlı kitablar ona həm Mərakeşdə, həmdə bütün dünyada məşhurluq qazandırdılar.[8][9] Baznani adətən məişət əşyaların, səhnələrin və məzəli vəziyyətlərin şəkillərini çəkir.[10][11]