Əbülfəz Abbasquliyev

Əbülfəz Həsən oğlu Abbasquliyev (may 1918 – 27 iyun 1985) — nasir, dramaturq, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əbülfəz Abbasquliyev
Doğum tarixi
Doğum yeri Mahmudkənd, Şərur-Dərələyəz qəzası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbülfəz Abbasquliyev 1918-ci ilin mayında Şərur-Dərələyəz qəzasının Mahmudkənd kəndində doğulmuşdur. Həmin kəndin yaxınlığında olan Baş Noraşen kənd nümunə məktəbini bitirəndən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsil almışdır. İlk hekayələrini tələbəlik illərində "Əbülfəz Abbasquluzadə", "A.Əbülfəz" imzalan ilə dərc etdirmişdir. "Çiçəklənən həyat", "And" hekayələri 1937-ci ildə institutun "Lenin tərbiyəsi uğrunda" adlı qəzetində çap olunmuşdur. Sonra Yerevan Dövlət Pedaqoji İnstitutunda, Azərbaycan fakültəsində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir (1938-1943). İnstitut bağlandığına görə, Şərur rayonuna köçmüş, burada rayon qəzeti redaksiyasında məsul katib, redaktor işləmişdir (1943-1947). "Günəş doğur" adlı dram əsəri 1946-cı ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bundan sonra "Sədəf" pyesini yazmışdır. 1947-ci ildə Bakıya köçüb "Ədəbiyyat qəzeti" redaksiyasında nəsr şöbəsinin müdiri, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində baş müəllim işləmişdir (1947-1960). M.F.Axundov adına Pedaqoji İnstitutda "Müasir Azərbaycan dili" kursunu aparmışdır (1960-1970). D.Bünyadzadə adına AXTİ-də baş müəllim vəzifəsində işləmişdir (1970-1985).

Əbülfəz Abbasquliyev 1985-ci il iyunun 27-də Bakıda vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. İş günləri (povest). Bakı: Uşaqgəncnəşr, 1950, 95 səh.
  2. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1951, 110 səh.
  3. Oğul toyu (hekayələr). Bakı: Azərnəşr, 1955, 96 səh.
  4. Bahar axşamları (roman). Bakı: Azərnəşr, 1956, 448 səh.
  5. Sənin gözlərin (roman). Bakı: Azərnəşr, 1964, 309 səh.
  6. Dağda şəhər (oçerk). Bakı: Azərnəşr, 1967, 64 səh.