Əbülfəz Ağasoltan oğlu Soltanov (24 sentyabr 1962) — Tibb elmləri doktoru, professor, Onkoloq-Torakal cərrah.[1]
Əbülfəz Soltanov | |
---|---|
Əbülfəz Ağasoltan oğlu Soltanov | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Tanınır | Onkoloq-Torakal |
Əbülfəz Soltanov 24 sentyabr 1962-ci il tarixində anadan olmuşdur. 1980–1985-ci ildə Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir.
1988–1991-ci ildə SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli aspirantura.[1]
Soltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir.[2] 1991-ci ildə "Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2012-ci ildə "Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir.
170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-i monoqrafiyadır. Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur.[3]