Əbülhəsən mirzə Qovanlı-Qacar

Əbülhəsən mirzə Məhəmmədtağı mirzə oğlu Qovanlı-Qacar (1847–1919)—şair, siyasətçi.

Əbülhəsən mirzə Qоvanlı-Qacar
Əbülhəsən mirzə Məhəmmədtağı mirzə оğlu Qоvanlı-Qacar
Doğum tarixi
Doğum yeri Təbriz, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Vəfat səbəbi səpmə yatalaq
Dəfn yeri
Fəaliyyəti fəqih, yazıçı, şair

Əbülhəsən mirzə Məhəmmədtağı mirzə oğlu 1847-ci ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Şair və yazıçı idi. Heyrət təxəllüsü, Şeyxürrəis ləqəbi vardı. Bir müddət о, Iran şəhərlərinə Misir, Hindistan və Osmanlı ölkələrinə səyahət etmiş, "Ittihadül-islam", "Kitabül-əbrar" ("Azad adamlarının kitabı") və "Müntəxəbi-nəfis" kimi bir neçə əsər yazmışdır. Onun fars və ərəb dillərində seçilmiş şeirlərindən və nəsr yazılarınldan ibarət olan son əsəri hicri qəməri 1312 (1894)-ci ildə Bombeydə çap edilmişdir.

Bu kitabın müəllifi (M. Tərbiyət) Iran Məclisi Şurasının ikinci çağırışı üçün Təbrizdən nümayəndə seçildiyi zaman Şeyxürrəis də Mazandarandan nümayəndə seçilmişdir. Şeyxürrəis aşagıdakı qəzəli Məclisi Şurada siyasi qruplar arasında olan ixtilaflar haqqında ixtisarla nəzmə çəkmişdir:


Məclis bəzəyən ayım, о qaşlarındır hilal,

Gözlərin inqilabi, qamətindir etidal.

Rəqsindir irtican, adındır imtinai,

Vüsalın ictimai hicranındır ixtilal.

Gözəllərin gözəli, biz arıqıq, sən ətli,

Bir azadlıq ver bizə, sərv boylu liberal.

Birləşmiş firqələrdə Demokrat firqəsinin,

Birləşməsi uzaqdır, məncə bu mahal xəyal.

Bu müqəddəs məclisdə bel bükülmüş mən yazıq,

Bədii bir şeir dedim, düşünmədən mən dərhal.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]