Əbülqasim

Əbülqasim (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərində qeydə alınmış bir başdaşı üzərindəki məzar kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir.

Əbülqasim
Fəaliyyəti rəssam

Nadir şahın Hindistana yürüşü xatırlanan hicri 1151-ci il (1738–1739-cu illər) tarixli məzar kitabəsində qeyd olunduğu kimi kitabəni həkkak Əbülqasim həkk etmişdir. Kitabənin tarixinə əsasən məlum olur ki, həkkak Əbülqasim həyatının əsas hissəsini 18 yüzillikdə yaşamışdır[1].

  1. Səfərli H. Adları epiqrafik abidələrdə aşkar edilmiş görkəmli şəxsiyyətlər. AMEA Naxçıvan bölməsinin "Xəbərləri", 2006, № 2.
  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 91.