"Əbədiyyət dastanı" — Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi, “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarət poemadır. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır.
Əbədiyyət dastanı | |
---|---|
Janr | poema |
Müəllif | Zəlimxan Yaqub |
Orijinal dili | azərbaycan |
Yazılma ili | 2003, 2007 |
Nəşr ili | 2004, 2008 |
Nəşriyyat | Pedaqogika |
Poemada Heydər Əliyev ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır.
Poemanın Zəlimxan Yaqubun özünün ifa etdiyi audio versiyası mövcuddur[1]. Audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb.[2]
Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur.