Əbdüləziz xan

Əbdüləziz xan (1614 - 1683)—Buxara xanlığının hökmdarı.

Əbdüləziz xan
Şəxsi məlumatlar
Doğum tarixi 1614
Doğum yeri
Vəfat tarixi 1683
Vəfat yeri
Ailəsi Həştərxanilər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdüləziz xan ibn Nadir Məhəmməd xan bin Din Məhəmməd xan 1614-cü ildə Buxara şəhərində anadan olmuşdu. Həştərxanilər sülaləsindəndir.16301645-ci illərdə Meymənənin hakimi, 16451681-ci illərdə bütün Mavəraünnəhrin hökmdarı olmuşdu.

Əbdüləziz xan SəfəvilərəBöyük Moğollar imperiyasına qarşı müharibə etmişdi.

Xorasanda Bəlx hakimi Nadir Məhəmməd xanın oğlu Əbdüləziz xanın ordusu ilə Səfəvi qoşunu arasında ən azı beş dəfə böyük toqquşma olmuşdu. Bu zaman Buxara hakimi həştərxanilər sülaləsinin dördüncü nümayəndəsi İmamqulu xan (1611-1642) idi. O, xan hakimiyyətin möhkəmləndirməyə müvəffəq olmuş və yerli əyanları özünə tabe edə bilmişdi. Bəlxin idarəsi isə 1611-ci ildən Nadir Məhəmməd xanın əlində idi. Özbəklərin əsas hücum hədəfi Herat şəhəri idi. Artıq 1631-ci ilin sonunda Əbdüləziz Buxara və Bəlx əmirlərinin köməyi ilə Heratın 6-7 kilometrliyindəki Quryan qalasına yaxınlaşır.

Bu dəfə Herat hakimi Həsən xan Şamlının vaxtında hərəkətə keçməsi ilə onların qarşısı alınmışdı və irəli gedə bilməmişdilər. Uğur qazana bilməyən Əbdüləziz xan öz dəstəsi ilə Cam tərəfdə hərəkət edir. Özbək ordusunun hərəkəti zamanı yerli əhaliyə çox böyük ziyan dəyir. Özbək xanlarının qarətləri elə bir həddə çatır ki, nəticədə yerli əhali onlara qarşı mübarizəyə qalxır [1].

1632-ci ildə Əbdüləziz iyirmi minlik ordusu ilə Murğab çayının sağ sahilindəki Maruçak qalasını mühasirəyə alır. Elə bu ildə əvvəl adı çəkilən Rüstəm Məhəmməd xan ordu ilə cənub-qərbdən Bəlx xanlığına soxuldu, ancaq sonra Bəlx əmirlərindən ehtiyat edərək Maruçak qalasına sığındı. Əbdüləziz qalaya yaxınlaşıb onu ələ keçirməyə cəhd göstərdi. Artıq bu dəfə mövcud vəziyyətdən narahat olan Şah hökuməti şəhər hakiminə kömək etməyi qərara alır. Şahın sərəncamı əsasında bura sipahsalar Rüstəm bəy və Kəlbəli bəy göndərilməli idi. Sonuncuya muzdla qoşun səfərbərliyə alıb qalanı qorumaq üçün beş min tümən pul verilmişdi. Ancaq səfərbərlik yubandı və qala müdafiəçiləri mərkəzdən yardım almadan qələbə çaldılar [2].

Əbdüləziz 1633-cü ildə Cam və 1634-cü ildə isə Fərah hərbi əməliyyatlarında uğur qazanmır. 1634 - 1635-ci ildə Məşhəd altında Məşhəd və Herat hakiminin ordusu birlikdə Əbdüləzizin özbək qoşununu ağır məğlubiyyətə uğratdı. Bu döyüşdə düşmən tərəfdən 3 min döyüşçü öldürüldü və Əbdüləzizin bütün xəzinəsi ələ keçirildi. Əbdüləzizin ələ keçirilmiş sərvəti saraya gətirildi və Rüstəm Məhəmməd xana verildi. Bu hadisə onu Şaha daha da yaxınlaşdırdı[3].

Xorasanın qərb mahallarının hakimləri təklikdə Əbdüləzizin basqınlarının qarşısını ala bilmirdilər və elə bu səbəbdən də özbəklər həmin məntəqələrə ciddi zərbə vururdular. Yalnız Məşhəd altında birləşmiş Xorasan ordusu ilə döyüşən Əbdüləzizin qoşunu çox böyük tələfata məruz qaldı və bu döyüşdən sonra bir müddət Xorasana hücum edə bilmədi [4].

Əbdüləziz xan 1645-ci ildə atasından sonra xanlığa yiyələndi. Xanlığı dönəmində Səmərqənd hakimi Yalanqtuş bahadur (1605-1656) böyük hörmətə malik idi. Xan dəfələrlə atasının dostu, Böyük Moğollar imperiyasının hökmdarı Sultan Şahcahana qarşı vuruşmuşdu.

Əbdüləziz xan 1681-ci ildə qardaşı Sübhanqulu xanın xeyrinə taxtdan əl çəkdi.

  • Алексеев А.К. Политическая история Тукай-Тимуридов: по материалам персидского исторического сочинения Бахр ал-асрар. Спб.: издательство Санкт-Петербургского университета, 2006.
  • История Узбекской ССР. Том 1. Ответственный редактор Я.Г.Гулямов. Ташкент, 1967.
  • История Узбекистана. Т.3. Т.,1993.
  1. Павлова И.К. Хроника времен Сефевидов (Сочинение Мухаммад-Масума Исфахани "Хуласат ас-сийар"), c. 83
  2. Məhəmməd Məsum ibn Xacəgi İsfahani. Xülasət üs-siyər. Münxen Dövlət kitabxnası; Saltıkov-Şedrin adına PDUK, Dornun kataloqu, 303 (mikrofilm), v. 69 a
  3. Məhəmməd Məsum ibn Xacəgi İsfahani. Xülasət üs-siyər. Münxen Dövlət kitabxnası; Saltıkov-Şedrin adına PDUK, Dornun kataloqu, 303 (mikrofilm), v. 75 a-b
  4. Павлова И.К. Хроника времен Сефевидов (Сочинение Мухаммад-Масума Исфахани "Хуласат ас-сийар"), c. 84