Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi[2]
Əbdülxalıq Cənnəti | |
---|---|
Mirzə Əbdülxalıq Qafarzadə Cənnəti[1] | |
Təxəllüsü | Vasif |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | Şair, müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.