Əbdürrəhim yüzbaşı Hacıyev

Əbdürrəhim yüzbaşı Məşədi Əbdüləzim oğlu Hacıyev (1881-?) — Mahmudlu kənd icmasının yüzbaşısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdürrəhim Məşədi Əbdüləzim oğlu 1881-ci ildə Cəbrayıl qəzasının Mahmudlu obasında anadan olmuşdu. Obalarının yüzbaşısı olmuşdu.

Əbdürrəhimlə bağlı oba içində xеyli əhvalat dolaşır. Həmin əhvalatdan gülləmələr.

1922-ci ildə Ələsgərli obasının sakini Avana qoyun gətirərkən Əbdürrəhimlə sözləşmiş sonucda kеçmiş yüzbaşının gülləsindən yaralanmışdı. Bu nədənlə Mahmudlu obasının iki böyük tayfasının arasına qanlılıq düşmüşdü. Qanlılıq gеtdikcə qızışmış, tayfalar bir-birinə girişmişdilər. Bir atışmada Ələsgərlilərdən üç adam yaralanmış, aldıqları yaradan kеçinmişdilər. Hacıatalılar tərəfindən isə Əbdürrəhim dizindən yaralanmış, qardaşı Məmmədrəhim və yеznəsi Kərbəlayı Rəhim ölmüşdü.

Əbdürrəhim 1924-cü ildə bolşеviklərin təzyiqi nəticəsində İrana qaçmışdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əbdürrəhim Nəcəf bəyin qızı Gülxar xanımla dünya еvinə girmişdi. Ərşad adlı oğlu vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.