Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov (1898, Bülbülə - 1937) — şair.
Əbdürrəhman Dai | |
---|---|
Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov | |
Doğum adı | Əbdürrəhman Əbdülov-Əfşar |
Təxəllüsü | Abay Dağlı |
Doğum tarixi | |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 saylı ünvanda yaşayıb. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olub, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirib. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilib.[1]
Dai o vaxt 5 kitabın müəllifi idi. Həmçinin komsomol orqanı olan “Gənc işçi”də çalışırdı. Sonradan “Ədiblər və mühərrirlər” cəmiyyətinin ilk katibi oldu[2]
Əbdürrəhman Dai 1923-cü ildə gizli Müsavat təşkilatında iştirakına görə tutuldu. Üç illiyə Solovkiyə sürgün edildi, 1937-cü ildə qırmızı terrorun qurbanı oldu.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |