Əbdul Baqi Bakuvi (tam adı: Əbdul Baqi Bakuvi) — XV əsr Azərbaycan rəssamı.[1]
Əbdul Baqi Bakuvi | |
---|---|
azərb. Əbdul Baqi Bakuvi | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Rəsim əsəri Türkiyənin Topkapı muzeyində saxlanır. Əbdul Baqi Bakuvi (İstambul, Topxana) miniatür sənətində mühüm yer tuturdu. Tək və ikifiqurlu portretlərdən ibarət miniatürlər çəkmişdir. Əbdul Baqi Bakuvinin əsərləri üçün kompozisiya və fiqurların monumental səpkidə həlli, surətlərin canlılığı və ifadəliliyi, təsvir obyektlərinin reallığı səciyyəvidir. "İki əmir" və "Mehtər" miniatürləri orta əsr Azərbaycan miniatür sənətinin nadir nümunələrindəndir.