Əbhər sülh müqaviləsi

Əbhər sülh müqaviləsi1500-cü ilin payızında Ağqoyunlu şahzadələri arasında imzalanmış və dövlətin rəsmən bölünməsini təsdiq edən müqavilə.

1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən 7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail ola bilmədi.[1]

Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin dekabrında Murad Mirzəni Qum şəhərində Ağqoyunlu sultanı elan etdi. 1498-ci ildə Eybə Sultan və tərəfdarları Əlvənd Mirzəni dəstəkləyərək Muradı məğlub etdilər. Murad Mirzə Marağada həbs olundu.[2]

Lakin 1499-cu ildə Eybə Sultan və tərəfdarlar məğlub oldular Əlvənd Mirzə Diyarbəkirə çəkildi. Eybə Sultanı öldürən qardaşı Nurəli bəy isə dəstəklədiyi Məhəmməd Mirzəni Təbrizdə sultan elan etdi. Məhəmməd Mirzənin də hakimiyyəti çox çəkmədi Əlvənd Mirzə geri qayıdaraq onu məğlub etdi və Fars vilayətinə çəkilməyə məcbur etdi.

Eybə Sultanın digər qardaşı Gözəl Əhməd bəy isə həbs edilmiş Murad Mirzəni azad edərək, keçmiş Fars hakimi olan Qasım bəyin yanına gətirdi. Birləşmiş qüvvələr Fars vilayətinə hücum edərək Məhəmməd Mirzənin tərəfdarlarını məğlub etdilər. Döyüşdə Məhəmməd Mirzə öldürüldü.

Məhəmməd Mirzənin öldürülməsindən sonra iki şahzadə Əlvənd Mirzə və Murad Mirzə arasında mübarizə davam edirdi. Lakin şahzadələrdən heç biri üstünlüyü ələ keçirə bilmədi. Beləliklə Dərviş Baba Xeyrullahının vasitəçiliyi ilə[3] Təbriz yaxınlığında — Əbhər adlı yerdə sülh müqaviləsi bağlandı.

Müqavilənin şərtləri

[redaktə | mənbəni redaktə et]

Müqavilənin şərtinə əsasən Qızılüzən çayı sərhəd olmaqla AzərbaycanDiyarbəkir Əlvəndə, Ərəb İraqı, Əcəm İraqıKirman isə Sultan Murada qaldı.[4]

Bu parçalanma Ağqoyunluların hərbi cəhətdən sarsılmasına[5] və süqutunun sürətlənməsinə gətirib çıxardı.

  1. İradə Nuriyeva Azərbaycan Tarixi (ən qədim zamanlardan– XXI əsrin əvvəllərinədək), səh.110
  2. İradə Nuriyeva Azərbaycan Tarixi (ən qədim zamanlardan– XXI əsrin əvvəllərinədək), səh.110-111
  3. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.30
  4. İradə Nuriyeva. Azərbaycan Tarixi(ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək), səh.111
  5. "Əbhər sülh müqaviləsi". 2020-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  • Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. - 198 s.
  • Nuriyeva İradə Tofiq qızı. Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). – Bakı: Mütərcim, 2015. – 336 səh.