Ədəbiyyatşünaslıq — bədii ədəbiyyatı öyrənən elmdir. Ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi – Aristotelin "Poetika"[1][2] əsəri bizim eradan əvvəl IV əsrdə Yunanıstanda meydana çıxmışdır.[3][4][5]
Ədəbiyyatşünaslıq 3 şöbənin vəhdətindən yaranır: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid.[3][4][5]
Ədəbiyyat nəzəriyyəsi bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını şərh edir.[3][4][5]
Ədəbiyyat tarixi ədəbiyyatı tarixi inkişafına görə sistemə salır, onun keçdiyi mərhələləri müəyyənləşdirir, inkişafına təsir etmiş ictimai-siyasi, ədəbi və mədəni amilləri göstərir, ədiblərin həyatını, mühitini, qarşılıqlı əlaqələrini öyrənir.[3][4][5]
Ədəbi tənqid daha çox çağdaş ədəbi proseslə məşğul olur. Ədəbi tənqidin başlıca vəzifəsi təzəcə qələmə alınan əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqdır.[3][4][5]
Elm haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |