Ədalət qapıları (pyes)

"Ədalət qapıları"(pyesi) — İki pərdədən ibnarət pyes.

Ədalət qapıları

Əsər haqqında

[redaktə | mənbəni redaktə et]

1926-cı ildə "Bakı fəhləsi kooperativ nəşriyyatı" tərəfindən Bakıda nəşr olunub. Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1921-ci ildə qələmə alınan pyes iki pərdədən ibarətdir. Sovet dövründə qələmə aldığı ilk pyeslərdə olduğu kimi burada da yazıçı feodalizmi tənqid edir. Əsərdə monarxiya rejimindəki xalqların problemləri əks olunur.

Yazıçı pyesdə ölkələrin birində dövləti ədalətsiz idarə edən şahın acı sonunu təsvir edir. Özünü ədalətli görən şah cəza metodlarını insanlara tətbiq edir. Bu ağır cəzaların qurbanları arasında öz qızının sevgilisi də var. Qızının bütün təkidlərinə baxmayaraq onu edam etməyə qərar verir, lakin xalqın reaksiyası ilə qarşılaşır və taxtdan salınır. Beləliklə, ölkədə dinc günlər başlayır.[1]

Əsərin xülasəsi

[redaktə | mənbəni redaktə et]

Hadisələr şahın hərəmində vaqe olur. Şahın qızı bağbanın oğluna vurulur və bu səbəbdən xəstələnir. Şahın bütün səylərinə baxmayaraq, dərdinə çarə tapılmır.

Birinci pərdə şahın qızı ilə xidmətçi Asiyanın arasındakı söhbətlə başlayır. Şahın qızı yaşadığı problemləri xidmətçiyə danışır və dərdinə çarə tapa bilmədiyini deyir. Asiyə onun Rizvana aşıq olduğunu başa düşür və onu təsəlli etməyə çalışır, fəqət heç bir təsəlli sultanın qızına təsir etmir, Asiyadan onu tək qoymağını xahiş edir. Asiyə getdikdən sonra Firuz gizlincə otağa girir və şahın qızına Rizvanın gəldiyini deyir. Asiyə Rizvanla görüşəndə atasının onların evlənməyinə icazə verməyəcəyini deyir və birlikdə qaçmağı təklif edir. Rizvan razı olur və tezliklə gəlib onu götürəcəyinə söz verir.

Rizvan gedəndən sonra şah qızının otağına gedir və Rizvanın əvvəllər burada olduğunu anlayır, lakin qızına heç nə demir. Sadəcə ona ziyafət təşkil edəcəyini bildirir və ora qoşulmağı xahiş edir. Şah getdikdən sonra Asiyə şahın qızına atasının hazırlatdırdığı "Ədalət qapıları"ndan bəhs edir. Buraya şah cəzalandırdığı insanları gətirdir. Şah söyləyir ki, məhkum bu dörd qapının yalnız birini açanda qurtulmaq şansı olacaq.

Asiyənin danışdıqlarından sonra şahın qızı atasının sabah onu həmin yerə nə üçün dəvət etdiyin başa düşür. Şahın qızı atasının Rizvanı həmin qapılardan keçirəcəyini biləndə onu xilas etmək üçün yollar axtarmağa başlayır.

İkinci pərdə şahın təşkil etdiyi ziyafətlə başlayır. Şah Rizvanın "Ədalət qapıları"na tərəf gətirilməsini əmr edir. Rizvanı ona xəyanət edərək hərəmə girməkdə günahlandırır. Ona deyir ki, bu təqsirlərin müqabilində bu dörd qapının birinə daxil olmalısan. Ya heyvanlara və atəşə xörək olarsan və ya bir arvada malik olarsan ki, onu almağa məcbur edilərsən. О vaxt ədalət yolu ilə səni azad edib, arvadınla bir yerdə xaric edəcəyəm. Rizvan şahın yanında əyləşən qızın işarəsi ilə bir qapını açır və buradan şahın qızı çıxır. Şah ona qarşı qurulmuş oyunu başa düşür və Rizvanı öldürməyi əmr edir. Baş verən bütün bu zülmülərə dözə bilməyən Xacə Firuz xalqı şaha qarşı üsyan etməyə çağırır. Padşah taxtdan salınır və ədalət öz yerini tapır.[1]

Yazıçı əsərdə komkret bir təqvim göstərməyib. Pyesdə hadisələr sultanlıq dövrünün hökm sürdüyü bir dövrdə keçdiyi qeyd edilsə də, dəqiq bir il və ya əsr göstərilmir. Ədib sadəcə əsərdə orta əsrlərdə şahların xalqa etdiyi zülümləri, ədalətsizliyi təsvir edir.[2]

Eyni zamanda yazıçı əsərdə hadisələrin iki gün ərzində baş verdiyini bildirir. Dövrlə bağlı vacib məqamlardan biri də odur ki, Haqverdiyev əsərin əvvəllində şahın qızının Rizvana neçə müddətdir aşiq olduğunu söyləyir: "Mehriban bacım, budur, iki aydır naxoşam, mərəzim gün-gündən şiddət etməktədir".[1]

Əsərdə dil və üslub xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yazıçının Sovet dövründə qələmə aldığı əvvəlki əsərlərində olduğu kimi, bu əsərində də atalar sözləri və deyimlər yer almışdır. Əsərdə əsas məqsəd oxucuya qədim zamanlarda yaşanan çətinlikləri göstərməkdir. Müəllif əsərdə bu gün istifadə olunmayan bəzi ərəb və farsca sözlərdən istifadə etmişdir: "Müntəzir", "mütəğəyyir", "izhar", "nütfə", "niqab", "üməra" və s. Haqverdiyev bu pyesdə qədim ənənələrdən uzaqlaşsa da, bəzi özünəməxsus üslub xüsusiyyətlərini qoruyub saxlamışdır. Bununla əlaqədar əsərdə azda olsa işlədilən jarqon ifadələri nümunə kimi göstərmək olar: "Məlun", "gəda" "ifrit"…[1]

  1. 1 2 3 4 Ayvaz MORKOÇ. "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri.pdf" (PDF) (türk). 3 iyun 2020 tarixində arxivləşdirilib (PDF).
  2. Təhsin Mütəllimov. Əbdürrəhimbəy Haqverdiyevin poetikası,. Bakı: Yazıçı. 1988. səh. 86.