Ədil Arifoğlu – jurnalist, tədqiqatçı jurnalist[1], AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor[2] və müharibə reportyoru[3] Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı.[3]
Ədil Arifoğlu | |
---|---|
Fəaliyyəti | jurnalist |
Tanınır | Hərbi reportyor kimi |
Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib.[3] Müharibə zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.[4][5]