Əflatun Kərimov

Əflatun Xudkar oğlu Kərimov (23 noyabr 1941, Bakı) — tibb elmləri doktoru, professor.

Əflatun Kərimov
Doğum tarixi 23 noyabr 1941(1941-11-23) (81 yaş)
Doğum yeri
Elm sahəsi tibb
Elmi dərəcəsi
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2015

Həyatı[redaktə | mənbəni redaktə et]

Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub.

1968-1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983-1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub.

1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur.

1971-ci ildə «Бронхологические методы исследования при различных заболеваниях легких» namizədlik dissertasiyasını, 1989-cu ildə isə «Аспергиллез легких» doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.

19.12.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub

Görkəmli cərrah, tibb elmləri doktoru, professor Bəybala Abbasovun qardaşıdır.

Mənbə[redaktə | mənbəni redaktə et]