Əflatun Kazımov

Əflatun Kazımov (azərb. Kazımov Əflatun Həşim oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Əflatun Kazımov
azərb. Kazımov Əflatun Həşim oğlu
Doğum tarixi
Doğum yeri Lənkəran, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əflatun Kazımov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. Bakıdakı 28 nömrəli tikinti idarəsində fəhlə işləyib. Dörd övladı var. 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində Moskva prospektində hərbçilər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bədənində 14 güllə yarası olub. Moskva prospektindəki körpünün yanında bir neçə adamın qarşısına bir dəstə əsgər çıxıb, xəbərdarlıq etmədən atəş açıblar. Oradaca həlak olub. Dostları meyidini yanvarın 20-də mərkəzi ölüxanadan tapıblar. Şəhid 22 yanvarda Şəhidlər xiyabanında dəfn edilib.

Ünvan[redaktə | mənbəni redaktə et]

Bu ünvanda yaşamışdır: Bakı, 8-ci kilometr, Zərdabi küçəsi, ev 2a.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.