Əfqanıstan sənədləri — ABŞ-nin Əfqanıstandakı müharibəsi ilə əlaqədar Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) tərəfindən hazırlanmış və İnformasiya Azadlığı haqqında Akt tələbinin ardınca 2019-cu ildə "The Washington Post" tərəfindən çap olunan müsahibələr toplusu.[1][2][3] Bu sənədlər "SIGAR"ın müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Əfqanıstan sənədləri Pentaqon və ABŞ Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etmişdir.[4]