Əfqan Milli Muzeyi

Kabil muzeyi və ya Əfqan Milli MuzeyiƏfqanıstanın paytaxtı Kabilin mərkəzindən 9 km cənub-qərbdə yer alan milli arxeologiya muzeyi. İki mərtəbəli bir bina.

Kabil muzeyi
Xəritə
Əsası qoyulub 1922
Açılış tarixi 1919
Ölkə
Yerləşir Əfqanıstan, Kabil
Direktor Ömər xan Məsudi
34°28′03″ şm. e. 69°07′12″ ş. u.HGYO
afghan-web.com/kabul-mus…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey, Əfqan əmiri Emanullah Xanın hakimiyyəti dövründə 1922-ci ildə qurulub. Ölkənin digər şəhərlərindən müxtəlif kolleksiyalar bu binaya gətirilibdir. Dəyişik min illərə aid 100.000-dən çox əsərin sərgilənməsi sayəsində Orta Asiyanın ən əhəmiyyətli muzeylərindən biri hesab olunur. 1973-cü ildə Danimarkalı memarlar tərəfindən muzey üçün yeni bir bina inşa etmə planlaşdırılsa da siyasi problemlər üzündən bina tikilmədi.

1979-cu ildə Sovet işğalı və sonra da davam edən müharibə Kabilin böyük hissəsini xarabaya çevirdi, muzeyə ağır ziyan verdi. Əfqan döyüşçüləri şəhərin idarəsini ələ keçirmək üçün döyüşərkən, döyüşçülər milli muzeyə basqın edib ən qiymətli əsərləri oğurladılar. 1994-cü ildə bina bombalandı və bu bombalama nəticəsində ən üst qatına və damına böyük ziyan dəydi. 2001-ci ildə fanatik Talibançılar sənət əsərlərini bütpərəstlik olduğunu hesab edərək dağıtdılar.

Bu döyüş illərində muzeyin müdiri olmuş olan Ömər xan Məsudi Muzeydəki Baktria qızıllarını 1988-ci ildə Əfqan Mərkəz Bankının zirzəmisində saxladıqlarını açıqladı. Muzey işçilərinin 15 il boyunca sirr olaraq saxladıqları bu məlumat sayəsində, itdiyinə inanılan Baktria qızılları 2003-cü ildə yenidən üzə çıxarılmış oldu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]