Əfqan qızı

Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış.[1] Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib.[2] Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar.[3] Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb.

Şərbət Güla
Doğum tarixi 20 mart 1972(1972-03-20) (52 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
National Geographic jurnalının üz qabığı (İyun 1985)

Fotonun tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi. 1984-cü ilin sonunda Stiv əfqan qaçqınlarının yerləşdiyi Nazır-Baqx (Pakistan) düşərgəsində olur. Düşərgədə ona qızlar üçün məktəbdə şəkil çəkməyə icazə verilir və o bir neçə şəkillə yanaşı Şərbət Gülanın da fotosunu çəkir. Bu zaman Stivin heç ağlına da gəlmir ki, qızın adını soruşsun. Stiv təsəvvür belə etmirdi ki, bu şəkil sonradan ona nə qədər məşhurluq gətirəcək.

1985-ci ilin iyununda "National Geographic" jurnalının üz qabığında bu şəkil çap olunur. Tezliklə şəkil zamanının ən populyar fotosuna və əfqan xalqının azadlıq mücadiləsinin simvoluna çevrildi. Foto bir çox jurnallarda, açıqcalarda, lövhələrdə və tatularda özünə yer tapır. ABŞ Milli Coğrafiya Cəmiyyətinin rəyinə görə ən yaxşı 100 foto, 2005-ci ildə isə son 40 ilin ən yaxşı 10 jurnal üz qabığı siyahısına daxil oldu.[4]

Əfqan qızının axtarışında

[redaktə | mənbəni redaktə et]

1990-cı illərdə jurnalist Stiv Makkuri əfqan qızını tapmaq üçün bir neçə dəfə cəhd etdi, amma bu cəhdlər səmərəsiz oldu. Fotodakı qızın öz şəxsiyyətilə isə ciddi şəkildə 2002-ci ildə maraqlanıblar. 2002-ci ilin yanvar ayında "National Geographic" jurnalından bir komanda Əfqanıstana səfər etdi. O zaman Stiv Nazir-Baqx qaçqın düşərgəsinin tezliklə bağlanacağını öyrənir, oranın sağ qalan sakinlərinin kimliyi haqda araşdırma aparır, sakinlərdən biri Şərbət Gülanın qardaşını tanıyır, onun şəhərinə xəbər göndərməyə nail olur. Bundan sonra bir neçə qadın özlərini məşhur Əfqan qızı kimi təqdim edir. 1984-cü ildə çəkilmiş fotonu görən bir neçə cavan oğlan hətta qızın öz arvadları olduğunu deyirlər. Nəhayət, jurnalın heyəti 30 yaşlarında Şərbət Gülanı Əfqanıstanın ucqar əyalətlərnin birində tapır; o, Pakistandakı qaçqın düşərgəsindən öz doğma ölkəsinə 1992-ci ildə qayıtmışdı. Con Dauqman göz bülluru testi ilə onun kimliyini təsdiq etdi. Güla Əfqanıstanın Cəlalabad və Pakistannın Pişəvər şəhərləri arasında yerləşən bir bölgədə yaşayır. Onun dəqiq yerini Güla və ərinin xahişi ilə Stiv və "National Geographic" gizlin saxlayır.[3].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Gülanın valideynləri Sovet İttifaqı Əfqanıstanı bombalayanda öldürülüb. O zaman Şərbətin 6 yaşı varmış. Nənəsi, qardaşı, üç bacısıyla birlikdə dağları keçərək Pakistana sığınıb. O, 13 yaşı olanda Rahmat Gül ilə evlənib və 1990-cı illərin ortalarında Əfqanıstandakı kəndinə qayıdıb. Gülanın üç qızı var. Dördüncü qızı uşaq ikən ölüb. Uşaqlarının təhsil alacağına ümid etdiyini deyib. Güla özünü səmimi qəlbdən müsəlman hesab edir. Burka geyinir və naməhrəm jurnalist Stiv ilə görüşməkdən çəkinib. Ondan özünü təhlükəsiz hiss edib-etmədiyini soruşanda cavab verib: "Yox, amma Taliban dövründə həyat daha yaxşı idi. Ən azı sülh və nizam-intizam vardı." Ondan necə sağ qaldığını soruşduqda, "Allahın iradəsilə" — cavabını verib. Şərbətin axtarışı haqda sənədli film çəkilib. "National Geographic" onun şərəfinə Əfqan qızı Fondu yaradıb. Bu fond xeyriyyə təşkilatıdır, məqsədi əfqan qızları və gənc qadınlarının təhsilinə yardımçı olmaqdır.

2008-ci ildə fondun məqsədləri genişlənib və onun adı dəyişilərək Əfqan Uşaq Fondu adlandırılıb. Gülanı tapandan sonra "National Geographic" onun ailəsinin tibbi xərclərini ödəyib. Daha nə arzusu varsa, onun üçün maliyyə ayıra biləcəklərini deyiblər. Şərbət Məkkəyə Həcc ziyarəti səfərinin pulunu istəyib və "National Geographic" onun ziyarət xərclərini ödəyib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azadliqradiosu.az Fotodakı əfqan qızının həyat hekayəti Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  2. "Fotodakı əfqan qızının həyat hekayəti". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  3. 1 2 By Gregg Zoroya, USA TODAY 'National Geographic' tracks down Afghan girl Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine
  4. "История одной фотографии: «Афганская девушка» Стива МакКарри". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.