Əhəd İsmayılov

Əhəd Hüseyn oğlu İsmayılov — Azərbaycan alimi, texnika elmlər doktoru, professor.

Əhəd Hüseyn oğlu İsmayılov
Əhəd İsmayılov
Doğum tarixi
Doğum yeri Tovuz rayonu
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Universitetinin (indiki BDU)

Həyatı[redaktə | mənbəni redaktə et]

Ə.H.İsmayılov 1918-ci il may ayının 5-də Tovuzda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil almışdır. II Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildən Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis və baş mühəndis vəzifələrində işləmişdir. 1955-ci ildə kimya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1957-ci ildə böyük elmi işçi dərəcəsinə layiq görülmüşdür. 1959-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, 1965–1986-cı illərdə isə "Yanacaqların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1972-ci ildə "Karbamidin izopropil spirtdəki məhlulu ilə yana¬caqların və az özlülüklü yağların deparafinsizləşməsi prosesinin sənayedə yaradılması, texnologiyasının işlənib hazırlanması və tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Yanacağın və qazın texnologiyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

Professor Y.H.İsmayılovun elmi-tədqiqatları yüksək keyfiyyətli motor yanacaqları və neft karbohidrogenlərindən kimyəvi, eləcə də mikrobioloji sintez üçün parafin istehsalı sahələrini əhatə edir.

1976-cı ildə professor Y.H.İsmayılov dizel yanacağı və sürtkü yağları istehsalında karbamidin köməyi ilə parafinsizləşdirilmə texnoloji prosesini işləyib sənaye qurğusunda həyata keçirdiyinə görə bir qrup həmkarları ilə birlikdə Azərbaycan SSR Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.

Elmi tədqiqatları[redaktə | mənbəni redaktə et]

Onun apardığı elmi-tədqiqatların nəticələri 46 elmi əsərdə, o cümlədən 8 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.83–84.