Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 17 gün əvvəl Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əhliman Əliyev — Tibb-xidməti polkovnik-leytenantı, Azərbaycan Silahlı Qüvvələrində hərbi həkim
1957-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Saratov şəhərində təhsilini davam elətdirib və hərbi həkim-cərrah ixtisasına yiyələnib. Gürcüstanda və uzun müddət Almaniyada Sovet Ordusunun hərbi hospitallarında işləyib. Azərbaycana döndükdən sonra Müdafiə Nazirliyi sistemindəki müxtəlif hərbi hospitallarda çalışıb. Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsi olan - 701 saylı briqadanın tibb xidmətinin rəisi olub. Müharibənin ən ağır günlərində Kəlbəcərdə, Ağdərədə yüzlərlə əsgərimizi ölümün pəncəsindən qurtarıb. Döyüşlərdə iştirak edib. Ömrünün son illərində Müdafiə Nazirliyinin Ələt Hərbi Hospitalının rəisi vəzifəsində çalışıb.
Xidməti dövründə bir sıra təltiflərə layiq görülüb.
2007-ci il dekabrın 20-də dünyasını dəyişib. Ə. Əliyevin dəfnində Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri iştirak edib. Dəfn mərasimində çıxış edən Silahlı Qüvvələrin Tibb Xidmətinin keçmiş rəisi, general Dağlar Abdullayev Böyük Bəhmənli sakinlərinə xitab edərək deyib: "Əhliman Əliyev tək sizin kəndddən getmədi. O, Azərbaycan ordusunun, tibb personalının ən istedadlı zabitlərindən idi. Onun ağlı, zəkası və vətənpərvərliyi həmişə bizi sevindirib. Bu gün bizim üçün çox ağırdı ki, belə bir istedadlı, belə bir vətənpərvər oğlu vaxtından tez son mənzilə yola saldıq. Əhliman kimi oğulların çiynində bu Vətən həmişə irəli gedib".