Əhməd Şahidov

Əhməd Şair oğlu Şahidov — azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine koordinatoru.

Əhməd Şahidov
Əhməd Şair oğlu Şahidov
Doğum tarixi (42 yaş)
Doğum yeri Qax rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Respublikası
Milliyyəti Azərbaycanlı
Təhsili Ali, Fəlsəfə Doktoru
Fəaliyyəti Hüquq müdafiəçisi
Fəaliyyət illəri 2009-
shahidov.com

Əhməd Şahidov 1982-ci ildə Qax rayonunda anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirib və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilini davam etdirib. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb.

2005–2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparıb. Üzərində çalışdığı dissertasiya işi "Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)" adlanır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda xeyli məqalələri dərc olunub.

23 iyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyanın rəsmi müdafiəsi keçirilib. Yekdilliklə ona 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alınıb.

Elmi fəaliyyəti ilə bərabər jurnalistika fəaliyyəti ilə də məşğul olub. İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələri işıq üzü görüb. O, 2002-ci ildə "Qoroskop" qəzetinin müxbiri olub[1]. Bundan başqa, 2005–2007-ci illərdə Rusiyada dərc olunan beynəlxalq "NRS" ("Novoe Russkoe Slovo") qəzetində 300-ə yaxın məqaləsi dərc olunub.

2009–2014-cü illərdə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının "Hüquq" fakültəsində "Dövlət hüququ" ixtisasında təhsil alıb.

2014-cü ilin İyun ayından Azərbaycan Demokratya və İnsan Haqları İnstitutunun rəhbəridir.

2018-ci ilin Dekabr ayından Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru vəzifəsində çalışır.

  1. "Qoroskop" qəzeti, 2002-ci il, xüsusi buraxılış, № 25 (59), səh. 16. (az.)