Əhməd Ağa Şəmi

Əhməd Ağa Şəmi( Ordubad–) — XIX əsrdə yaşayana şair

Həyatı[redaktə | mənbəni redaktə et]

"Əncüməni-şüəra" ədəbi məclisinin istedadlı üzvlərindən olmuşdur. Klassik üslubda qəzəllərin və xalq-aşıq şeiri tərzində qoşmaların müəllifidir. Əsərlərindən nümunələr Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan cünglərdə mühafizə olunmuşdur. Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" kitabında (Bakı,1987) haqqında müxtəsər məlumat və iki qəzəli verilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 121. ISBN 5-8066-1468-9.