Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Əhməd Abdinov | |
---|---|
Əhməd Şahvələd oğlu Abdinov | |
Doğum tarixi | 30 may 1945 (79 yaş) |
Doğum yeri |
Abdinov Əhməd Şahvələd oğlu (30 may 1945, Behrud, Ordubad rayonu) — Azərbaycan fiziki, Fizika-riyaziyyat elmləri doktoru (1978), professor (1981).
Əhməd Abdinov 30 may 1945-ci ildə Ordubad rayonunun Behrud kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirmişdir (1968).
1968-ci ildə BDU-nun fiziki elktrnika kafedrasında aspiranturaya qəbul olunmuş, təhsilini Leninqradda (indiki Sankt-Peterburq) SSRİ EA Fizika və Texnika İnstitutunda davam etdirmişdir.
1972-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyət göstərir; fizika fakültəsinin dekanı (1988-89) olmuşdur. 1992-ci ildən fiziki elektronika kafedrasının müdiri və bərk cisim elektronikası elmi-tədqiqat laboratoryasının rəhbəridir.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1990-2000) olmuşdur.
Tədqiqatları qismən nizamsız yarımkeçirici sistem və materiallarda elektron hadisələrinin xüsusiyyətlərinin aşkar edilməsinə, belə sistemlərdə müxtəlif növ elektron proseslərinin mexanizmlərinin müəyyənləşdirilməsinə aiddir.
220-dən çox elmi əsərin müəllifidir, bir neçə müəlliflik şəhadətnaməsi var. 20-dən çox elmi əsəri xarici ölkələrdə çap olunmuşdur. 40-dan çox beynəlxalq və ittifaq əhəmiyyətli elmi konfrans, simpozium və konqreslərdə məruzələr etmişdir. Nyu-York EA-nın həqiqi üzvü seçilmişdir (1995). Elm Sahəsində Beynəlxalq Soros qrantına layiq görülmüşdür.