Abdullayev Əhməd Hüseynağa oğlu (30 iyul 1976, Cəlilabad – 4 sentyabr 2010, Tərtər) — Azərbaycan zabiti, mayor, şəhid, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra).
Əhməd Abdullayev | |
---|---|
Abdullayev Əhməd Hüseynağa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad, Azərbaycan SSR |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Vətəndaşlığı | |
Uşağı | iki oğlu var |
Atası | Abdullayev Hüseynağa |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbçi |
Mükafatları |
Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub.
1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.
Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə,Polşa,Kipir,Çin,Macarıstan ) keçirilən hərbi təlimlərdə iştirak edib.
2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.
2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Evlidir, iki oğlu var.
28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə mayor Əhməd Hüseynağa oğlu Abdullayev "İgidliyə görə" medalı ilə təltif edilmişdir. (ölümündən sonra).