Əhməd Arslan xan

Əhməd bin Harun xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1102. ildə atası II Harun Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövləti Abbasi xəlifəsi ilə əlaqələr qurulmuşdur. Xəlifə Mustahzırbillah (1094-1118), Əhməd Arslan xanın istəyi ilə xütbə oxuyub, onu "Nüruddevle" adlandırmışdır. 1128. ildə Qaraxitaylar dövlətini Qaşqar şəhəri yaxınlığında məğlub edən Əhməd Arslan xan, onların qərbə irəlləməsinin qarşısını aldı.

Əhməd Arslan xan Qaraxani
bayraq
Şərqi Qaraxanilər dövlətinin VII xaqanı
1102 – 1130
ƏvvəlkiII Harun Buğra xan
SonrakıII İbrahim Buğra xan
Şəxsi məlumatlar
Atası II Harun Buğra xan
Uşağı II İbrahim Buğra xan
Dini İslam