Əhməd Cəlayır

Sultan Qiyasəddin Əhməd CəlairiCəlairilər sülaləsindən olan Azərbaycan sultanı.

Əhməd Cəlayır
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi 31 avqust 1410(1410-08-31)
Fəaliyyəti şair
Atası Sultan Üveys Cəlayır
Ailəsi Cəlairilər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Cəlayır Şeyx Həsən Cəlayırın oğludur. Qardaşı Sultan Hüseyn dövründə Ərdəbil və ətrafını idarə edirdi. Sultan Hüseyn zəif şəxsiyyətə malik olduğu üçün idarəetmə əmirlərdən Adil ağanın əlinə keçmişdi. Bu səbəbdən Əhməd Cəlayır 1382-ci ildə Təbrizə basqın təşkil edərək qardaşını devirdi və Cəlayır taxtını ələ keçirdi.[1] Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Adil ağa tərəfindən hökmdar elan edildi. Digər qardaşı Şeyx Əli isə taxt üçün Bağdaddan Təbrizə doğru hərəkətə başlasa da, Qaraqoyunlu hökmdarı Qara Məhəmməd tərəfindən məğlub edildi. Bundan sonra Sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi. Digər qardaşı Bəyazidlə sülh bağlamağa nail olduqdan sonra isə Bağdada daxil oldu.[1]

Əhməd Cəlayır Təbrizin əvvəlcə Toxtamış, sonradan isə Əmir Teymur tərəfindən ələ keçirilməsi və ara müharibələri səbəbindən paytaxtı Bağdada köçürdü, lakin 1393-cü ildə Teymurun Bağdada yaxınlaşması ilə Məmlüklərə sığındı. Əmir Teymur Səmərqəndə döndükdən sonra yenidən Bağdada qayıtdı və burda bir neçə il hakimiyyətdə qaldı, lakin Əmir Teymurun üzərinə qoşun göndərməsi ilə yenidən Məmlüklərə sığındı. Məmlüklər Teymurdan çəkindikləri üçün onu və Qara Yusifi qəbul etmədilər. Bu səbəbdən müttəfiqlər Osmanlı hökmdarı İldırım Bəyazidə sığındılar.[1]

1402-ci ildə Osmanlılar və Teymurilər arasında baş vermiş Ankara döyüşünün səbəblərindən biri də İldırım Bəyazidin müttəfiqləri Əmir Teymura təhvil verməməsi idi. Döyüşdə Osmanlıların məğlubiyyətindən sonra müttəfiqlər yenidən Məmlüklərə sığınsalar da Məmlük sultanı Fərəcin əmri ilə həbs edildilər və Əmir Teymurun 1405-ci ildə vəfatından sonra sərbəst buraxıldılar.[2]

Əhməd Cəlayır geri döndükdən sonra Bağdadı və Xuzistanda Teymurilərin əlindəki qalaların bir çoxunu ələ keçirdi.[1] 1409-cu ilin 18 dekabrında Təbrizə, Qara Yusifə elçi göndərərək Həmədan yaylağının ona verilməsini tələb etdi. Qara Yusif isə bu tələbi rədd etdi və elçini geri qaytardı. Bu tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxardı. 1410-cu ilin 30 avqustunda Sultan Əhmədlə Qara Yusif arasında Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşdə Əhməd Cəlayır məğlub oldu və öldürüldü.[3]

  1. 1 2 3 4 islamansiklopedisi.org.tr. "AHMED CELÂYİR" (türk). FARUK SÜMER. 1989 (dərc olunma tarixi). 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  2. Ebu Bekr-i Tihranî, Kitab-ı Diyarbekriyye, çev. Mürsel Öztürk, Ankara 2001, s. 47–48
  3. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. s.24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]