Əhməd Hikmət Müftüoğlu (3 iyun 1870[1], İstanbul – 19 may 1927[1], İstanbul) türkiyəli yazar və diplomat.
Əhməd Hikmət Müftüoğlu | |
---|---|
Müftüoğlu Ahmed Hikmet | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1870[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 1927[1] (56 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, hekayə yazıçısı[d] |
Diplomat işləyərkən ədəbiyyatla məşğul olan Əhməd Hikmət əvvəldə Sərvət-i Fünun ədəbi hərəkatında iştirak edib. O, daha sonra bu icma ilə bağlantısını qopararaq türkçülük axınını mənimsəyib. Hekayələrini topladığı “Çağlayanlar” kitabı oyandırdığı millətçilik hissləri ilə milli ədəbiyyatda mühüm yer tutur.
Əhməd Hikmət 1870-ci ildə İstanbulda anadan olub. Atası şair Yəhya Sezai Əfəndi idi. Ailəsi dövrün üləma təbəqəsindən olub. Babası Mora Müftüsü Əbdülhəlim Əfəndi idi. Atasını yeddi yaşında olanda itirmiş Əhməd, böyük qardaşının himayəsində böyüyüb. Təhsilinə Soğukçeşme Hərbi Orta Məktəbində başlayıb, Qalatasaray Sultanisində davam etdirib. Bu məktəbdə Tevfik Fikrət ilə tanış olub dostluq qurub. Ədəbiyyata marağı orta məktəb illərində başlayıb. Onun “Leyla yaxud bir Məcnunun qisası” adlı ilk əsəri orta məktəbdə oxuyarkən çap olunub. 1888-ci ildə təhsilini başa vurduqdan sonra Xarici İşlər Nazirliyində işə başlayıb, eyni zamanda da Qalatasaray Sultanisində müəllim olub. Pirey (Yunanıstan) və Poti (Qafqaz) konsulluqlarında çalışıb və bu müddətdə İstanbuldan uzaqda yaşayıb. 1896-cı ildə İstanbula qayıdıb və əvvəlki işinə davam edib.
Ədəbiyyata olan marağını tərcümə yolu ilə davam etdirən Əhməd Hikmət fransız dilindən kənd təsərrüfatı ilə bağlı "Kartof", qadın gözəlliyi və dəriyə qulluq haqqında “Tualet və ya Letâfet-i Aza” əsərlərini tərcümə edib nəşr etdirib. 1896-cı ildə “Sərvət-i Fünun” adlı ədəbiyyat cəmiyyətinə qoşulub. O, “İkdam” və “Sərvət-i Fünun” jurnallarında dərc olunmuş məqalələrini “Haristan və Gülüstan” adlı əsərdə toplayıb. Bu əsərlərdə anlaşılması çətin olan bir dildən istifadə edilib.
Əhməd Hikmət 1898-1908-ci illər ərzində Qalatasaray Sultanisində müəllim işləyib, digər yandan Xarici İşlər Nazirliyində işinə davam edib. Bu illərdə həm də Əhməd Həşimin müəllimi olub. İkinci Konstitusiya Monarxiyası elan edildikdən sonra o, Ticarət və Kənd Təsərrüfatı Nazirliyində yeni işə başlayıb, lakin qısa müddətdən sonra yenidən Xarici İşlər Nazirliyinə qayıdıb. O, Tevfik Fikrət Qalatasaray Sultanisinə müdir təyin olunandan sonra buradakı işindən ayrılıb. Sonra o, Darülfünunun Ədəbiyyat fakültəsində fransız və alman ədəbiyyatından dərs deməyə başlayıb. Həmçinin bu illərdə o, dil və mövzu baxımından çox fərqli əsərlər yazıb. Həmin zaman o artıq türkçülüyü və yeni dil hərəkatını mənimsəmişdi. Əhməd Hikmət 1908-ci ildə Türk Dərnəyinin, 1911-ci ildə isə Türk Yurdu Dərnəyinin qurucu üzvü kimi fəaliyyət göstərib. O, türkçülük hərəkatı ilə bağlı hekayələrini 1922-ci ildə yazdığı "Çağlayanlar" kitabında toplayıb. Onun 1970-ci ildə yazdığı yeganə romanı “Könül xanım” “Təsvir-i Əfkar” qəzetində çap olunub. Bu əsərində o, turançılıq idealını müdafiə edib. O, 1913-1918-ci illərdə Peştdə Baş konsul olub. Sülh dönəmində isə İstanbula qayıdıb. Sonra Peştdə, Vyanada və Berlində müharibə materialları ilə bağlı komissiyanın rəhbəri olub. 1924-cü ildə xəlifə Əbdülməcid Əfəndinin yanında çalışıb. 1926-cı ildə Ankarada Xarici İşlər nazirinin müşaviri olub. Həmin ildə nazirlikdə də müşavir olaraq işləyib.
1927-ci ildə İstanbulda qaraciyər xərçəngindən vəfat edib və Maçka qəbiristanlığında dəfn edilib.
Çağlayanlar (Çağlayanlar)
Könül xanım (Gönül Hanım)
Haristan və Gülüstan (Haristan ve Gülistan)
Leyla yaxud bir Məcnunun qisası (Leyla yahut Bir Mecnunun İntikamı)
Bir təsadüf (Bir Tesadüf)
Görünən Üzlər (Beliren Simalar)
Qəlbin təmizliyi (Bir Safha-i Kalb)
Bir damla qan (Bir Damla Kan)
Alparslan