Əhməd Məkin (6 avqust 1935, İstanbul) — Türkiyə kino, televiziya və teatr aktyoru, prodüser, ssenarist. 200-dən çox filmdə rol almışdır[2].
Əhməd Məkin | |
---|---|
türk. Ahmet Mekin | |
Doğum adı | Əhməd Qurddərəli |
Doğum tarixi | 6 avqust 1935 (88 yaş) |
Doğum yeri | |
Milliyyəti | Türk |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Şükran Sabunçu |
Uşaqları |
Zeynəb Məkin Kəzban Məkin |
Fəaliyyəti | aktyor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 1957-ci ildən |
Mükafatları |
Ankara Kino Festivalı Ən yaxşı kişi aktyor (2011)[1] İzmir Sərgisində ən müvəffəqiyyətli kişi aktyor mükafatı (1961) |
Əhməd Məkin 6 avqust 1935-ci ildə İstanbulda anadan olub. Əhməd Məkinin orijinal adı Əhməd Qurddərəlidir.
Onun dostları onun uzun boyundan ötəri ona "Filiz Əhməd" deyiblər. Güləş idman növü ilə məşğul olmuşdur. Usta işlədiyi üçün sümükləri qırılmışdı. Buna görə də idmanla məşğul olmadı. "Bakırköyspor"da oynayarkən böyük futbol komandasına transfer olacaqdı. Transfer olacağı gün ayağı qırıldı. Beləliklə idmanla məşğul olmadı. Bir müddət Bakırköy Xalq Evində teatrda işlədi. "Birlik və Tərəqqi" səhnəsində aktyor oldu. Nəhayət, 1957-ci ildə Bakırköy rejissoru Kənan Parsın köməyi ilə, karyerasına "Yüksəlmə" filmi ilə davam etdi.
Əhməd Məkin, "Səlvi Boylum, Al Yazmalım" filmi ilə türk kinosunun unudulmaz aktyorları siyahısında yer aldı. "Məhşərə qədər", "Bardakı Adam", "Bir Qurtum Su", "Bu günün sarayı", "Fahişəyə vurun", "Səlvi Boylum Al Yazmalım", "Ezo Gəlin", "Çiçək Abbas" kimi əhəmiyyətli filmlərin unudulmaz aktyorudür.
1978-ci ildə "Dəniz Qanı", "Bağrıyanıq Ömər" filmlərində oynadı.
Kinoya addım atdığı 1956-cı ildən bu yana təxminən 200 filmdə rol alan Əhməd Məkin, 1975-ci ilə qədər ciddi rolda oynayıb. Aktyorluğunda xarakterini öz istəyi ilə seçmişdir.
Özü kimi aktyor olan Şükran Sabunçu ilə evli olan Əhməd Məkin, 1998-ci ildən bu yana Balıqəsirdə Ərdək mahalının Ocaqlar diyarında sakit və təvazökar bir həyat yaşayır. Zeynəb və Kəzban adlı iki qızı var.