Əhməd Paşa (Məmlük)

Əhməd Paşa (Ərəbcə: أحمد باشا, Osmanlıca: أحمد پاشا; v. 1747) — Osmanlı Paşası, Məmlük hanedanından hükümdar (1723-1734 ve 1736-1747).

Əhməd Paşa
أحمد پاشا
1723-1734 – 1736-1747
ƏvvəlkiHəsən Paşa
SonrakıSüleyman Əbu Leyla Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Həsən Paşa
Uşağı Ömər Paşa
Dini islam

Əhməd Paşa, Həsən Paşa'nın oğlu ve varisiydi. 1715 yılında Əhməd Paşa, Bəsrə Eyaləti valiliğinə seçildi. Həsən Paşa'nın ölümündən sonra Əhməd Paşa, Bağdad, Bəsrə ve Şəhrizor'un hökmdarı oldu ve Mosul paşalığı isə İraq sülaləsi Cəlili tərəfindən idarə edildi[1].

Atası kimi, öz işlərində Məmlüklü inzibati və hərbi metodlarını əsas qoydu. Həsən Paşanın siyasətini davam etdirən Əhməd Paşa, İraqda nizam-intizam qurdu. İtaət etməyən bədəvi tayfalarını tabe etdi və xəzinəyə sabit vergi axınını təmin etdi. Həmçinin Səfəvilərin hərbi genişlənməsi təhlükəsini diqqətə alaraq İraqın müdafiəsiylə məşğul oldu. Ölkənin müdafiəsi üçün Əhməd Paşa 2000 nəfərlik Məmlüklərdən oluşan "qoruma muhafizləri" yaratdı. Əhməd Paşa 1723-1727, 1730-1736 və 1743-1746-cı illər, Osmanlı-Səfəvi müharibələrində yaxından iştirak etdi. 1734-1736 illərində, Səfəvilərlə müharibədə Əhməd Paşa çox müstəqil əməl etməsi üçün İraqın hakimiyyətindən fasiləsilə açmasına səbəb oldu. Bunun üçün I Mahmud onu İraqın hakimiyətindən uzaqlaşdıraraq Hələb şəhərinə göndərdi və İraq əyalətini BağdadBəsrə əyalətlərinə böldü. Ancaq 1736-cı ildə Əfşarların ilərləməsi I Mahmudı Əhməd Paşanı Bağdada qaytarmağa məcbur etdi. O İraqı 11 il daha müstəqil şəkildə idarə etdi[2]. Əhməd Paşa 1747-ci ildə vəfat etdi, hakimiyət qardaşı oğlu Süleyman Əbu Leyla Paşaya (1749-1762) miras qaldı[3].

  1. Coke, Richard (1927). Baghdad, The City of Peace. Taylor & Francis. pp. 232–233
  2. "Возвышение мамлюков". mybiblioteka.su. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
  3. Kissling, H.J. (1969), The Last Great Muslim Empires, pp. 82-85. Brill, ISBN 90-04-02104-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Əhməd Paşa (Məmlük)
Doğum: bilinmir Vəfat: 1747
Hakimiyyət titulları
Sələfləri 
Həsən Paşa
Osmanlı İmperiyasında Paşalıq
1723-1747
Xələfləri 
Süleyman Əbu Leyla Paşa