1945-ci ildə Rizənin Çayeli mahalının Yaşıltepe kəndində anadan olmuş, ibtidai məktəbi orada bitirmişdir. Orta təhsilini Əskişəhərdə, ali təhsilini isə Qaradəniz Texniki Universitetində bitirdi. Milli Təhsil Nazirliyinin təqaüdü hesabına Almaniyada yerləşən Duisburq-Essen universitetində doktorantura oxumuş Əhməd Topçu Anadolu Universitetində dosent adını, Əskişəhər Osmanqazi Universitetində isə professor adını almışdır.[2]Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizi Universitetində 2 il boyunca professor olaraq dərs demiş, Əskişəhər Osmanqazi Universitetində şöbə müdiri və dekan vəzifələrində çalışmışdır. 2008-ci ildə öz xahişi ilə təqaüdə çıxmışdır.[3] 5 iyun 2009-cu ildə vəfat etmişdir.[1]
Duran, M., Topçu, A., u.a., KRAM’76, Ein FORTRAN-Program zur Berechnung allgemeiner Tragwerke, Forschungsberichte aus dem Fachbereich Bauwesen, Uni. Essen, Almaniya, 1977;
Topçu, A., Ein Beitrag zur systematischen Berechnung finiter Elementtragwerke nach der Kraftmethode, Doktora tezi, Essen Üniversitesi, Almaniya, 1979;
Topçu, A., Mikro Mühendis, Mikro Bilgisayar Paket Programları 1, Anadolu Üniver. Yayınları no.: 211, Eskişehir, 1987;
Topçu, A., Basic Bilgisayar Programlama , Bilim Teknik Yayınevi, İstanbul, 1990;
Aydın, M.R., Akgün, Ö.R., Topçu, A., Betonarme Kolon Tabloları, Anadolu Üniversitesi Yayınları no: 532, Eskişehir, 1991;