"Əhməd güclüdür!" (rus. Ахмат — сила!; həmçinin, "Əhməd gücdür!",[1] "Axmat güclüdür!"[2] və ya "Axmat güclüdür! Allahu Əkbər!"; rus. Ахмат — сила! Аллаху Акбар!)[3] — kadırovçular arasında geniş yayılmış dini və siyasi şüar. Tədqiqatçılar şüarın Rusiya daxilində Çeçenistan Respublikasında hərəkata və ideoloji layihəyə çevrilməsini qeyd edirlər.[3]
"Əhməd güclüdür!" Çeçenistan Respublikasından olan "Axmat" döyüş klubunun devizidir. Bu, sonradan təkcə döyüş klubunun deyil, həm də bu klubu təmsil edən Rusiyanın və MDB-nin müxtəlif regionlarından olan bütün idmançıların şüarına çevrilmişdir.[4]
"Əhməd güclüdür!" şüarı Qroznı Beynəlxalq Hava Limanının üzərində yazılmışdır.[5]