Əhməd sultan Şamlı (?-?) — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri, Sistan hakimi.
Əhməd sultan Şamlı | |
---|---|
Fəaliyyəti | hərbi lider[d] |
1544-cü ildə Sultan Hümayun Sistan hakimi Əhməd sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi Məhəmməd xan Şərəfəddin oğlu Təkəli tərəfindən də böyük ehtiramla qarşılanmışdı. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına – İraq tərəfə hərəkət etdi.